Kreativ Menecer (Creative Manager)

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 8 yanvar 2026

Təsvir

Şirkət haqqında:

Biz – dinamik inkişaf edən restoran brendləri şəbəkəsiyik və qida sənayesində unikal qastronomik konsepsiyalar yaradırıq. Şirkətimizin genişlənməsi ilə əlaqədar olaraq, dizaynerlər, SMM komandası və R&D bölməsini idarə edəcək Kreativ Menecer axtarırıq.

Tələblər

  • Ali təhsil;

  • Marketinq, dizayn və ya brend sahəsində minimum 3 il iş təcrübəsi;

  • Kreativ komandaların idarə olunmasında təcrübə üstünlükdür;

  • Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;

  • Qrafik dizayn proqramlarını (Adobe Creative Suite, Figma və s.) bilmək;

  • Rəqəmsal marketinq və SMM sahəsində təcrübə;

  • Qida sektoru ilə bağlı anlayışının olması üstünlükdür;

  • Kreativ düşüncə və strateji yanaşma qabiliyyəti;

  • Müxtəlif tapşırıqları icra etmə bacarığı və yüksək məsuliyyət;

  • Süni intellekt (AI) alətlərindən (Midjourney, DALL* E, ChatGPT, Canva və s.) istifadə bacarığı və onların yaradıcı proseslərdə tətbiqi.

Öhdəliklər:

  • Kreativ komandanın (dizaynerlər, SMM, R&D) idarə olunması və işlərinin koordinasiyası;

  • Brendlərin vizual və kontent strategiyasının hazırlanması və icrası;

  • Reklam materialları, brendin vizual identifikasiyası və satış nöqtələrinin dizaynını idarə etmək;

  • SMM komandası ilə birlikdə sosial media kampaniyalarının hazırlanması və icrası;

  • R&D ilə əməkdaşlıq edərək yeni məhsul və menyuların yaradılmasında iştirak;

  • Şirkətin məxsus brendlərin  imicinin qorunmasına və inkişafına nəzarət;

  • Rəqiblərin təhlili, bazar araşdırmalarının aparılması və yeni tendensiyaların izlənməsi;

  • Reklam kampaniyalarının (YouTube, Google, Facebook, Instagram, LinkedIn) yerləşdirilməsinə nəzarət;

  • Süni intellekt alətlərindən istifadə edərək dizayn və kontent yaradılmasının optimallaşdırılması;

  • Marketinq və yaradıcı layihələrin effektiv icrasını təmin etmək.

İş şərtləri:

  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;

  • 5 günlük iş həftəsi;

  • İş saatı: 10:00-19:00;

  • Rabitə xərclərinin şirkət tərəfindən ödənilməsi;

  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun həyata keçirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Kreativ Menecer” mövzusu ilə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2796

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Maliyyə meneceri

Tam Ştat

Maliyyə idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi. Vergi qanunvericiliyini bilməli. Azərbaycan, Rus dilində sərbəst danışıq mütləqdir. Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması); Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq; Maliyyə şöbəsinin fəaliyyətinin qurulması və idarə olunması bacarıqları. Öhdəliklər: Şirkətin maliyyə planlarını hazırlamaq, gəlir və xərcləri büdcələmək. Büdcə performansını izləmək və analiz etmək, büdcə hədəflərinə uyğunluğunu təmin etmək Gəlir, xərclər, mənfəət və zərərlərlə bağlı aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq Maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə hesabat vermək. Pul axınlarının səmərəli şəkildə idarə olunmasını təmin etmək və likvidlik səviyyəsini saxlamaq. Bölmələr üzrə material qalığına nəzarət. Mal hərəkətinin uçotu və inventarizasiya nəzarət. Əsas vəsaitlər və amartizasiya hesablanmasına nəzarət. Şirkətin vergi siyasətini tənzimləmək və vergi öhdəliklərini vaxtında yerinə yetirmək. Vergi hesabatlarını hazırlamaq və qanunvericiliyə uyğun təqdim etmək. Vergi qanunvericiliyindəki dəyişikliklərdən xəbərdar olmaq və uyğun vergi planlaşdırması aparmaq. Vergi optimallaşdırması məqsədilə müvafiq strategiyaların hazırlanması və həyata keçirilməsi. Audit zamanı ortaya çıxan problemlərin həll edilməsi üçün müvafiq tədbirlər həyata keçirmək və hesabatlılığı təmin etmək. Maliyyə bazarlarını izləmək və iqtisadi şəraitin dəyişikliklərinə uyğun maliyyə strategiyalarını tənzimləmək. Yeni maliyyə mənbələrinin cəlb edilməsi və mövcud kapitalın artırılması üçün strategiyalar hazırlamaq. Əmək haqqlarının hesablanmsına nəzarət. Sosial vergilərin hesablanmasına nəzarət. Kassa hesabatlarına nəzarət . Satışın planlanması və mayə dəyərinin kalkulyasıyası. Büdcələrin tərtib olunması. İş Şərtləri: Ə/H müsahibə əsasında təyin olunacaq 5 günlük iş həftəsi İş saatı: 10:00-19:00 Rabitə xərclərinin şirkət tərəfindən ödənilir İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Maliyyə meneceri” mövzusu altında göstərilənelekton poçt ünvanına göndərə bilərlər.

Bakı