Korporativ katib
Tam Ştat
Orta Səviyyə
2.000 AZN-dən
Yerləşdirilib 30 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
Ali təhsil (Hüquq istiqaməti üzrə arzuolunandır)
İş təcrübəsi – Müvafiq sahədə 3-5 ilə qədər;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,
Rus və İngilis dillərində peşəkar danışıq və yazı qabliyyəti;
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək;
Sənədlərin qeydiyyatdan keçirilməsi və dövriyyəsinə nəzarət
Ofis proqramlarında işləmək bacarığı
Vəzifə öhdəlikləri:
Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclaslarını və Komitələrin iş prosesini təşkil etmək, iclaslar üçün materialları toplamaq və sistemləşdirmək, iclaslara dair bildiriş, gündəlik, gündəlikdəki məsələlərə dair materialların iclas iştirakçılarına göndərilməsinə cavabdehlik daşımaq, bu iclaslarda iştirak etmək;
İştirak etdiyi iclasların protokollarının rəsmiləşdirilməsini təmin etmək;
Təşkilatın struktur bölmələri ilə əməkdaşlıq etmək, zəruri məlumat və sənədləri əldə etmək, lazımi təhlillər aparmaq, ümumiləşdirmək, iclas materiallarının qorunub saxlanılmasını təmin etmək, Səhmdarların və Müşahidə şurasının qərarlarının icraya yönləndirilməsi və onların müəyyən olunmuş müddətdə icrasına nəzarəti həyata keçirmək, bu barədə mütəmadi olaraq İdarə Heyətinə rəsmi məlumat təqdim etmək.
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, təşkilat daxilində qüvvədə olan normativ aktları bilmə və tətbiq olunmasını həyata keçirmək;
Müvafiq hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
Şirkətdə korporativ idarəetmə sistemi və mədəniyyətinin formalaşdırılmasına dəstək olmaq;
Rəhbərlik tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq;
Rəhbərliyin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Əmək haqqı 2000 Azn.
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Korporativ katib qeyd etməklə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12175
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+