Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Maliyyə analizi/investisiya

Büdcə Nəzarəti üzrə Aparıcı Mütəxəssis

Büdcə Nəzarəti üzrə Aparıcı Mütəxəssis

Tam Ştat

Yüksək Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 12 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak etmək;

  • Departament, şöbə və filiallara xərc büdcəsinin hazırlanmasında dəstək göstərmək;

  • Şirkətin maliyyə planının icrasının monitorinqi və fərqlərini təhlil etmək;

  • Büdcə nəzarəti üçün zəruri olan məlumatları toplamaq və işləmək;

  • Hesabatları dəqiq və razılaşdırılmış müddətlərdə hazırlamaq;

  • Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;

  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil edilməsi;

  • Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərin aparılması, maliyyə göstəricilərinə təsirinin müəyyən edilməsi;

  • Müəyyən edilmiş müxtəlif büdcə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi;

  • Qiymət əmələ gəlmə (cost) üzrə təhlillərin və nəzarətin icra edilməsi.

Tələblər

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;

  • Tələb olunan iş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;

  • Xarici dillər: Rus və İngilis dili arzuolunandır;

  • Kompüter bilikləri: Microsoft Office (Excel yüksək səviyyədə);

  • Lisenziya/Sertifikat: ACCA, CFA və ya ekvivalent sertifikata üstünlük verilir;

  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;

İş şəraiti:

  • İş yeri:  BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;

  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;

  • Karyera yüksəlişi imkanı.

  • Əmək haqqı: 1500-2000 AZN (Namizədin təcrübəsində asılı olaraq)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Manufacturing

Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11460

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis/Analitik

Tam Ştat

Ali iqtisadi təhsil Analitik təhlil sahəsində 5 ildən az olmayan iş stajı Sürücülük vəsiqəsi mütləqdir Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s), Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı Vəzifə öhdəlikləri Şirkətin anbarları arasında mal hərəkətinə 1C-proqramı üzrə nəzarət edilməsi və əməliyyatların düzgünlüyünün yoxlanılması 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət edilməsi və alış qiymətindən aşağı satışın qarşısının alınması Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması Alıcılar və satıcılarla münasibətlərdə risklər üzrə informasiyalar haqqında hesabatların hazırlanması Apteklərin yerlərdə audit yoxlamanmasının təşkili, Zeytun Pharmaceuticals MMC-nin tələblərinə uyğun olub olmamasının yoxlanılması Zeytun Pharmaceuticals MMC tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması Zeytun Pharmaceuticals MMC tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi Zeytun Pharmaceuticals MMC və aptek arasında olan borcların müqayisəsinin aparılması Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili İş şəraiti: İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi; İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo; Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir; Əmək Haqqı: 1700-1800 AZN Net Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ticari Marketinq Meneceri (Trade Marketing Manager)

Tam Ştat

Ali təhsil müvafiq sahədə; Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi (FMCG və ya Pharma sektorunda təcrübəyə üstünlük verilir) Sərbəst Azərbaycan, Rus və İngilis dili bilikləri; Microsoft Excel (Pivot Table, Data Analysis, Report hazırlama) Analitik düşüncə tərzi,hesabatlılıq səriştələri; Bazar analizi bacarığı – satış datasının analizi, kampaniya effektivliyi və rəqib qiymət analizi Dəqiqlik, operativlik, problem həlletmə bacarığı Əsas öhdəliklər: Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması; Ticari Marketinq fəaliyyətinin idarə edilməsi; Satışın artırılması məqsədi ilə kampaniyaların hazırlanması və apteklər üçün xüsusi aksiyaların təşkil olunması; Bazarın və rəqiblərin tədqiqatı , bazarın iqtisadi durumunun qiymətləndirilməsi; Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi; Məhsul kateqoriyalarına uyğun fərqli ticari yanaşmaların tətbiqi; Aptek şəbəkələrinin performans analizi, satışa təsir edən  regional fərqliliklərin müəyyənləşdirilməsi; Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə idxal, marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili; Görülən işlərlə bağlı  həftəlik, aylıq hesabatlar hazırlanması və rəhbərinə təqdim edilməsi. İş şəraiti: İş yeri – Begoc Biznes Mərkəzi; 5 günlük iş qrafiki; Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur; Rəqabətqabiliyyətli əmək haqqı 2000-3000 AZN Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.