Korporativ Audit və Uyğunluq Departamentinin Direktoru
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Şirkətin daxili audit funksiyasına rəhbərlik edilməsi, daxili audit strategiyasının hazırlanması, illik audit planının tərtib edilməsi və icrasına nəzarət olunması.
Daxili audit fəaliyyətinin şirkətin strateji məqsədlərinə uyğun həyata keçirilməsinin təmin edilməsi.
İdarəetmə proseslərinin və risklərin idarə olunmasının effektivliyinin obyektiv qiymətləndirilməsi.
Mövcud və potensial risklərin təhlil edilməsi, onların azaldılması və qarşısının alınması üçün tövsiyələrin hazırlanması.
Şirkət daxilində əsas maraqlı tərəflərlə əməkdaşlığın qurulması və daxili auditin müstəqilliyinin qorunması.
Audit fəaliyyətinə dair hesabatların hazırlanması və funksional olaraq Müşahidə Şurasının Sədrinə, inzibati baxımdan isə Şirkət Direktoruna təqdim edilməsi.
Şirkətin İdarə Heyətinin üzvləri və xarici auditorlarla əlaqələrin koordinasiya edilməsi və idarə olunması.
Daxili audit strategiyasının beynəlxalq qabaqcıl təcrübələrə və risk idarəetmə standartlarına uyğunlaşdırılması.
Audit metodologiyalarının və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi və tətbiq edilməsi.
Audit departamentinin fəaliyyətinə rəhbərlik edilməsi, əməkdaşların inkişafına dəstək verilməsi və peşəkar bacarıqlarının artırılması.
Tələblər
İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
Problem həllində riyazi biliklərin tətbiqi və modelləşdirmə bacarığı
ACA, ACCA, CİSA vəya bənzəri kvalifikasiyalara sahib olmaq (arzuolunandır)
“Big 4” Audit şirkətlərində iş təcrübəsi (arzuolunandır)
Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
İdarəetmə bacarığına sahib olmaq
Xarici və daxili ezamiyyətlərə getmə imkanı
İş təcrübəsi: Minimum 10 il
Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9341
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
501-1000