Kompüter Operatoru (Anbar və Satış üzrə)

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 21 iyun 2026

Təsvir

İş yeri: Kürdəxanı
İş saatı: 09:00-dan 18:00-d'k Şənbə günləri isə qısa iş günü saat 13:00-a kimi
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında təyin olunacaq
Nahar şirkət tərəfindən qarşılanır

Xahiş olunur  uyğun nazmizədlər Cv-ni  hr@burma.az e-mail ünvanına  və ya 777170067 nomresine Vakansiya  adını qeyd etməklə göndərsinlər. Yalnız tələblərə uyğun olan namizədlərə geri dönüş ediləcək.

İş haqqında

  • ⁠  ⁠Təcrübə: Bənzər vəzifədə (operator, anbar uçotçusu və ya satış əməliyyatçısı) minimum 1 il iş təcrübəsi;

  • ⁠  ⁠Proqram Bilikləri: 1C (8.3) proqramında operativ işləmək bacarığı və ofis proqramları (Excel, Word) haqqında baza bilikləri;

  • ⁠  ⁠Portal Biliyi: Elektron Vergi Hesab-faktura (e-taxes.gov.az) bölməsindən istifadə qaydalarını bilmək;

Şəxsi Keyfiyyətlər:
o  Sürətli və səhvsiz məlumat daxil etmə qabiliyyəti;
o  Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
o  İş yükünün çox olduğu saatlarda operativliyi qorumaq bacarığı.

Tələblər

  • ⁠  ⁠Anbar Əməliyyatlarının Qeydiyyatı: Malların mədaxili, anbarlararası yerdəyişməsi və silinməsi (zay, daxili istifadə və s.) sənədlərinin 1C proqramına daxil edilməsi;

  • ⁠  ⁠Satış Sənədlərinin Hazırlanması: Satış sifarişləri əsasında daxili qaimə-fakturaların sürətli şəkildə tərtib edilməsi və çap olunaraq anbara/ekspeditora təqdim edilməsi;

  • ⁠  ⁠Elektron Qaimə-Faktura (E-qaimə): Sistemdə hazırlanan satış sənədləri əsasında dövlət vergi portalında elektron qaimələrin yaradılması və qarşı tərəfə göndərilməsi;

  • ⁠  ⁠Geri Qaytarma Prosesi: Müştərilərdən və ya mağazalar şəbəkəsindən geri qayıdan malların sənədləşdirilməsi və sistemdə stokun bərpa edilməsi;

  • ⁠  ⁠Məlumatların Çarpaz Yoxlanılması: İri market şəbəkələrinin daxili sistemləri (məs. Bravo və s.) ilə 1C proqramındakı qaimələrin say və məbləğ baxımından uyğunluğunun yoxlanılması;

  • ⁠  ⁠Sənəd Dövriyyəsinin İzlənilməsi: Ekspeditorlara təhvil verilən sənədlərin imzalı surətlərinin geri toplanması və sistemdə "icra olundu" statusuna gətirilməsi;

  • ⁠  ⁠Arxivləşdirmə: Gündəlik alış-satış və anbar sənədlərinin nizamlı şəkildə qovluqlara yığılması və arxivləşdirilməsi.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16086

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kiçik Mühasib

Tam Ştat

İş şəraiti İş yeri: Bakı şəhəri, 8 Noyabr prospekti 14 İş günlər: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Nahar Şirkət tərəfindən qarşılanır Vəzifə Öhdəlikləri: Anbar və Stok Uçotu: Malların mədaxili, anbarlararası yerdəyişməsi, silinməsi və geri qaytarılması əməliyyatlarının uçot proqramında(1C) dəqiq və vaxtında əks etdirilməsi; Satışın Sənədləşdirilməsi: Satış sifarişlərinə uyğun olaraq daxili qaimələrin, elektron qaimə-fakturaların, təhvil-təslim aktlarının tərtib edilməsi və sənəd dövriyyəsinin idarə edilməsi; Müqavilə və Sənəd Menecmenti: Satış və alış müqavilələrinin layihələrinin hazırlanması, hüquqi sənədlərin tamlığının izlənilməsi və arxivləşdirilməsi; Bank Əməliyyatları: Bank çıxarışlarının proqram təminatına işlənilməsi və qalıqların sistemlə çarpaz yoxlanılması; Baza Təhlili və Düzəlişlər: Bu vəzifə ilə əlaqədar mühasibatlıq bazasındakı məlumatların düzgünlüyünün monitorinqi, aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması və uçotun yenidən sistemləşdirilməsi; Alışların Uçotu: Yerli və xarici mal alışları üzrə qaimələrin və xərc sənədlərinin uçota alınması. Namizədə dair Tələblər: Peşəkar Biliklər: Mühasibat uçotunun prinsipləri və sənəd dövriyyəsi qaydaları barədə dərin biliklər; Təcrübə: Satış, anbar və ya FMCG sahəsində mühasib əməliyyatçı kimi minimum 1 il iş təcrübəsi; Texniki Bacarıqlar: 1C proqramında sərbəst işləmək bacarığı və MS Excel bilikləri; Portal Təcrübəsi: Elektron hökumət portalları (e-taxes) və bank-klient sistemləri ilə işləmə vərdişləri; Şəxsi Keyfiyyətlər: Analitik düşünmə, Detallara qarşı həssaslıq, Vaxtın düzgün idarə edilməsi və yüksək məsuliyyət hissi. Xahiş olunur  uyğun nazmizədlər Cv-ni qeyd olunan elektron poçt ünvanına  Vakansiya  adını qeyd etməklə göndərsinlər. Yalnız tələblərə uyğun olan namizədlərə geri dönüş ediləcək.