Kiçik Mühasib

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 22 may 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, 8 Noyabr prospekti 14

  • İş günlər: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

  • Nahar Şirkət tərəfindən qarşılanır

Vəzifə Öhdəlikləri:

  • Anbar və Stok Uçotu: Malların mədaxili, anbarlararası yerdəyişməsi, silinməsi və geri qaytarılması əməliyyatlarının uçot proqramında(1C) dəqiq və vaxtında əks etdirilməsi;

  • Satışın Sənədləşdirilməsi: Satış sifarişlərinə uyğun olaraq daxili qaimələrin, elektron qaimə-fakturaların, təhvil-təslim aktlarının tərtib edilməsi və sənəd dövriyyəsinin idarə edilməsi;

  • Müqavilə və Sənəd Menecmenti: Satış və alış müqavilələrinin layihələrinin hazırlanması, hüquqi sənədlərin tamlığının izlənilməsi və arxivləşdirilməsi;

  • Bank Əməliyyatları: Bank çıxarışlarının proqram təminatına işlənilməsi və qalıqların sistemlə çarpaz yoxlanılması;

  • Baza Təhlili və Düzəlişlər: Bu vəzifə ilə əlaqədar mühasibatlıq bazasındakı məlumatların düzgünlüyünün monitorinqi, aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması və uçotun yenidən sistemləşdirilməsi;

  • Alışların Uçotu: Yerli və xarici mal alışları üzrə qaimələrin və xərc sənədlərinin uçota alınması.

Namizədə dair Tələblər:

  • Peşəkar Biliklər: Mühasibat uçotunun prinsipləri və sənəd dövriyyəsi qaydaları barədə dərin biliklər;

  • Təcrübə: Satış, anbar və ya FMCG sahəsində mühasib əməliyyatçı kimi minimum 1 il iş təcrübəsi;

  • Texniki Bacarıqlar: 1C proqramında sərbəst işləmək bacarığı və MS Excel bilikləri;

  • Portal Təcrübəsi: Elektron hökumət portalları (e-taxes) və bank-klient sistemləri ilə işləmə vərdişləri;

Şəxsi Keyfiyyətlər:

  • Analitik düşünmə,

  • Detallara qarşı həssaslıq,

  • Vaxtın düzgün idarə edilməsi və yüksək məsuliyyət hissi.

Xahiş olunur  uyğun nazmizədlər Cv-ni qeyd olunan elektron poçt ünvanına  Vakansiya  adını qeyd etməklə göndərsinlər. Yalnız tələblərə uyğun olan namizədlərə geri dönüş ediləcək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14418

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə