Komplayens üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Vəzifənin qısa təsviri: Siyasət, qayda və proseslərin yerli qanunvericilik və beynəlxalq tələblərə uyğunluğunu təmin etmək, potensial uyğunsuzluqları aşkar edib aradan qaldırmaq, komplayens sorğularını cavablandırmaq və şöbənin əsasnaməsində göstərilən vəzifə və öhdəlikləri vaxtında və düzgün şəkildə icra etmək.
Əsas vəzifə öhdəlikləri:
Komplayens və ƏL/TMM əlaqəli proqram təminatlarının inteqrasiyasında iştirak etmək və metodoloji dəstək göstərmək;
Şirkətin fəaliyyətinin yerli qanunvericilik və beynəlxalq tələblərə uyğunluğunu təmin etmək, müvafiq nəzarət mexanizmlərinin qurulmasında iştirak etmək;
Komplayens və ƏL/TMM tələblərinin tətbiqi üçün siyasət, daxili qayda, təlimat, prosedur və əməliyyat göstərişlərinin hazırlanmasında iştirak etmək;
Komplayens və ƏL/TMM qaydalarına uyğunluğun monitorinqini aparmaq və nəticələrə əsasən tədbirlər görmək;
Nəzarət orqanları və şirkətdaxili strukturlardan daxil olan komplayens sorğularını cavablandırmaq, tələb olunan hesabatları hazırlamaq və təqdim etmək;
Şübhəli əməliyyatlar, maraq toqquşmaları, rüşvətxorluq və korrupsiya, hədiyyə qəbulu, etik davranış və s. ilə bağlı müraciətləri araşdırmaq və müvafiq hesabatlar hazırlamaq;
Komplayens və ƏL/TMM mövzularında təlim materiallarının hazırlanması, təlimlərin təşkilində və keçirilməsində iştirak etmək;
Vəzifə öhdəliklərinin icrası zamanı iş prosesində yaranan nöqsanları, riskləri vaxtında və düzgün formada müəyyənləşdirmək, zəruri addımları atmaq;
Əməkdaşın qarşısına qoyulan əsas performans göstəriciləri (KPI) hədəflərinə çatmaq;
Şöbənin əsasnaməsində qeyd edilən vəzifə və öhdəliklərin vaxtında və düzgün formada icra edilməsi üçün məsuliyyət daşımaq və təşəbbüskarlıq göstərmək;
Kommersiya sirri hesab edilən bütün məlumat və sənədlərin qorunub saxlanmasına görə məsuliyyət daşımaq;
Daxili qaydaların, proseslərin, siyəsətlərin, təlimatların tələblərinə ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
Şirkətin komplayens və əməliyyat risklərin idarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosessində yaranan risk faktorların vaxtında müəyyənləşdirib lazımi addımları atmaq;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək;
Tələblər
İqtisadiyyat və hüquq sahəsi üzrə ali təhsil (bakalavr/magistr);
Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi;
Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis), Rus dili (arzuolunandır);
Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
Müvafiq sahə üzrə sertifikat (arzuolunandır);
Müvafiq sahə üzrə yerli qanunvericilik və beynəlxalq standartlar haqqında məlumatlılıq;
Digər tələblər: məsuliyyətlilik, təşəbbüskarlıq, analitik düşüncə ünsiyyətqurma, kommunikasiya bacarıqları, səlis nitq, stressə davamlılıq və ya stressin idarəedilməsi.
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9375
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+