Komplayens şöbəsi, Etika və Komplayens pozuntularının araşdırılması üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 6 mart 2026
Təsvir
AZAL-ın etik davranış qaydaları, antikorrupsiya tələbləri və komplayens standartlarının təşviqi və düzgün tətbiqinə nəzarətin təmin edilməsi;
Məlumatvermə kanalları vasitəsilə daxil olan müraciətlərin, etik pozuntu şübhələrinin və maraqların toqquşması hallarının qəbul edilməsi və ilkin təhlilinin aparılması;
Araşdırmaların metodoloji tələblərə uyğun şəkildə həyata keçirilməsi, faktların toplanması, sübutların qiymətləndirilməsi və nəticələrin sənədləşdirilməsinin təmin edilməsi;
Tərəfdaş və təchizatçılar üzrə due diligence yoxlamalarının aparılmasına, müqavilə üzrə audit hüquqlarının icrasına və insan hüquqları risklərinin qiymətləndirilməsinə metodiki və əməli dəstəyin göstərilməsi;
Aşkarlanmış kənarlaşmaların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi və komplayens tədbirlərinin icra vəziyyətinin monitorinqinə töhfə verilməsi.
Etika və komplayens sahəsində metodiki izahların hazırlanmasında iştirak edilməsi, daxili siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Maarifləndirici tədbirlərin təşkili və komplayens mədəniyyətinin gücləndirilməsi yolu ilə təşkilatda etik idarəetmə mühitinin və uyğunluq risklərinin effektiv idarə edilməsinin dəstəklənməsi.
Tələblər
Ali təhsil – İqtisadiyyat, İdarəetmə, Hüquq və ya Maliyyə ixtisasları üzrə;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (komplayens, daxili audit, araşdırma, hüquq, risk idarəçiliyi və ya əlaqəli sahələr);
Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı (rus dili biliyi üstünlükdür);
Komplayens, etik araşdırmalar, antikorrupsiya və risk idarəçiliyi sahəsində beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramları üstünlükdür (proqramı (məsələn, ICA, ACFE, SCCE, ISO 37001 üzrə təlimlər və s.);
Etik araşdırmaların aparılması, daxili yoxlamalar və ya due diligence proseslərində iştirak təcrübəsi üstünlükdür;
Sahəyə uyğun qabaqcıl süni intellekt alətlərindən istifadə bacarığı;
Analitik hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Yüksək öyrənmə qabiliyyəti və peşəkar inkişaf yönümlülük;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Komandada effektiv işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9918
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+