Kommersiya üzrə Koordinator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 10 mart 2026
Təsvir
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 6500 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə Cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Kommersiya üzrə Koordinator tələb olunur.
İş yeri: 8 November Avenue, Baku Bay Tower
Tələblər
Biznesin İdarəedilməsi, İqtisadiyyat, Mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil
Kommersiya əməliyyatları, layihələrin koordinasiyası və ya oxşar vəzifələrdə 3-5 il iş təcrübəsi
Yüksək səviyyədə təşkilatçılıq və koordinasiya bacarıqları
Eyni zamanda bir neçə tapşırığı və maraqlı tərəfi effektiv şəkildə idarəetmə bacarığı
Analitik düşüncə qabiliyyəti
Əla səviyyədə ingilis və rus dili biliyi
Güclü kommunikasiya və hesabatlılıq bacarıqları
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Kommersiya Departamenti daxilində müxtəlif funksiyalar üzrə fəaliyyətləri koordinasiya etmək (satış, pərakəndə satış, ixrac, marketinq, yeni biznes istiqamətləri, strategiyanın icrası və s.);
Kommersiya layihələrinin və fəaliyyət planlarının icrasına nəzarət etmək;
Son tarixləri, mərhələləri və nəticələri izləmək və məsul tərəflərlə vaxtında əlaqə saxlamaq;
Kommersiya strategiyası, əməliyyatların icrası və menecment prioritetləri arasında uyğunluğu təmin etmək;
Müvafiq daxili və xarici görüşlər təşkil etmək və izləmək;
Yeni biznes istiqamətlərinin tətbiqinə dəstək göstərmək;
Bazarın genişləndirilməsi, ixracın inkişafı kimi strateji layihələrin kommersiya istiqamətlərini koordinasiya etmək;
Davam edən layihələr üzrə rəhbərlik üçün strukturlaşdırılmış yeniləmələr və status hesabatları hazırlamaq;
Kommersiya məlumatlarını, hesabatları və sənədləri təşkil etmək və saxlamaq;
Rəqəmsallaşdırma və süni intellektlə bağlı təşəbbüsləri əlaqələndirmək;
Kommersiya hesabatlarında şəffaflıq və ardıcıllığın eyni şəkildə davam etdirilməsinə nəzarət etmək;
Kommersiya Departamenti və digər şöbələr (İstehsalat, Logistika, Maliyyə, Strategiya) arasında koordinasiya nöqtəsi kimi çıxış etmək;
Vaxtında qərar qəbul edilməsini təmin etmək üçün kommunikasiya və məlumat axınını asanlaşdırmaq;
Rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Biz nə təklif edirik:
Könüllü tibbi siğorta
Nəqliyyat
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9682
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə