Ana Səhifə
Vakansiyalar

Kollektor (Zəng mərkəzi üzrə)

Kollektor (Zəng mərkəzi üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 26 iyun 2026

Təsvir

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Risklərin İdarəedilməsi departamentinə Zəng Mərkəzi üzrə Kollektor vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi;

  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

  • Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək;

  • Zənglərin statistikasını və hesabatını təşkil etmək.

Tələblər

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;

  • Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;

  • Yaxşı səviyyədə Excel bilikləri;

  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

  • Müştərilərlə davranış etikası.

İş qrafiki: 2/2 növbəli sistem (09:00-21:00)

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Kollektor qeyd etməklə göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18709

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri

Tam Ştat

“KredAqro” BOKT MMC Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri: Şirkətin bütün əsas risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarətini əhatə edən risklərin idarə olunması sisteminin qurulması və inkişaf etdirilməsi. Risklərin idarə olunması üzrə metodologiyaların, prosedurların və qaydaların hazırlanması və aktuallaşdırılması, o cümlədən ödəniş xidmətləri və üçüncü tərəflərlə qarşılıqlı fəaliyyət riskləri. Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması. Risk-menecment mədəniyyətinin inkişaf etdirilməsi və risklərin idarə olunması proseslərinin effektivliyinin artırılması. Strateji planlaşdırmada iştirak və biznes təşəbbüslərinin risklər baxımından qiymətləndirilməsi. Struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi. Komandaya rəhbərlik: tapşırıqların müəyyən edilməsi, icrasına nəzarət, nəticələrin qiymətləndirilməsi. ƏL/TMM üzrə məsul şəxsi əvəz edərkən funksiyalar: ƏL/TMM üzrə qanunvericiliyin tələblərinə və daxili reqlamentlərə riayət olunmasına nəzarət. Əməliyyatların monitorinqi və müştəri üzrə CDD prosedurlarının həyata keçirilməsi. Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi. Əməliyyatların dayandırılması hallarında müvafiq tədbirlərin görülməsi.