Ana Səhifə
Vakansiyalar

Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri

Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

“KredAqro” BOKT MMC Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün əsas risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarətini əhatə edən risklərin idarə olunması sisteminin qurulması və inkişaf etdirilməsi.

  • Risklərin idarə olunması üzrə metodologiyaların, prosedurların və qaydaların hazırlanması və aktuallaşdırılması, o cümlədən ödəniş xidmətləri və üçüncü tərəflərlə qarşılıqlı fəaliyyət riskləri.

  • Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması.

  • Risk-menecment mədəniyyətinin inkişaf etdirilməsi və risklərin idarə olunması proseslərinin effektivliyinin artırılması.

  • Strateji planlaşdırmada iştirak və biznes təşəbbüslərinin risklər baxımından qiymətləndirilməsi.

  • Struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi.

  • Komandaya rəhbərlik: tapşırıqların müəyyən edilməsi, icrasına nəzarət, nəticələrin qiymətləndirilməsi.

ƏL/TMM üzrə məsul şəxsi əvəz edərkən funksiyalar:

  • ƏL/TMM üzrə qanunvericiliyin tələblərinə və daxili reqlamentlərə riayət olunmasına nəzarət.

  • Əməliyyatların monitorinqi və müştəri üzrə CDD prosedurlarının həyata keçirilməsi.

  • Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi.

  • Əməliyyatların dayandırılması hallarında müvafiq tədbirlərin görülməsi.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və s.).

  • Risklərin idarə olunması sahəsində ən azı 3–5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə.

  • Risklərin qiymətləndirilməsi, limitlərin hazırlanması və idarəetmə hesabatlılığı üzrə təcrübə.

  • Risk-menecment üzrə beynəlxalq yanaşmaların biliyi.

  • FRM, GARP, IRM, CFA, CPA, CIA sertifikatlarının olması üstünlükdür.

  • Excel və ofis proqramlarında sərbəst işləmə bacarığı.

  • Rus dili biliyi — mütləq tələbdir.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18158

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya