KOB kreditlərinin təhlili üzrə mütəxəssis (Aparıcı/Baş Mütəxəssis) – Anderraytinq Mərkəzi
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 22 may 2026
Təsvir
Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə kredit sifarişlərinin və qarantiya sifarişlərinin anderraytinqini həyata keçirmək;
Biznes müştərilər üzrə daxil olan müraciətlərin maliyyə vəziyyətinin, ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə maliyyə və biznes təhlilinin aparılması və mümkün riskərin müəyyən olunması;
Anderraytinq nəticələrinə əsasən yekun rəy hazırlamaq və təqdim etmək;
Təqdim edilən rəydə sifarişçilərin biznesindəki riskli məqamları göstərməklə sifariş üzrə risklərin adekvat formada azaldılması üçün təkliflər vermək;
Biznes kreditlərinin anderraytinqi üzrə tələb olunan hesabatların hazırlanmasında iştirak etmək;
KOB məhsulları üzrə anderraytinq prosesləri üçün təqdimat və rəy formalarının təkmilləşməsinə dəstək olmaq (baş mütəxəssis üçün nəzərdə tutulur);
Direktor/Direktor müavini, şöbə rəisi və əvəzedici tərəfindən verilmiş şöbənin fəaliyyətinə aid olan digər işləri görmək.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Azərbaycan dilini səlis bilmə (rus və ingilis dili arzuolunandır);
Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktları ilə bağlı məlumatlı olma;
KOB seqmenti üzrə kredit sifarişlərinin, qarantiya sifarişlərinin təhlili və ya bu istiqamətdə anderraytinq sahəsində aparıcı mütəxəssis vəzifəsinə minimum 3 il, baş mütəxəssis vəzifəsinə minimum 5 il iş təcrübəsinin olması (Maliyyə sahəsində sertifikatların - ACCA F3/FFA, ACCA F7/FR olması arzuolunandır) (Korporativ məhsullar üzrə sifarişlərin təhlili, anderaytinqi təcrübəsi baş mütəxəssis namizədləri üçün arzuolunandır);
Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət,operativ qərarvermə bacarığı olmalı;
MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək;
Maliyyə hesabatlarının qurulması və avtomatlaşdırılması üzrə təşəbbüskarlıq (baş mütəxəssis üçün nəzərdə tutulur).
Necə Müraciət Etmək Olar
ATB Bank (Azər Türk Bank)
Finance
ATB Bank (Azərbaycan Türkiyə Bankı) Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və 1995-ci ildə Azərbaycan və Türkiyə kapitallarının iştirakı ilə yaradılıb. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. ATB Bank ölkənin maliyyə sektorunda etibarlı və stabil banklardan biri kimi tanınır. Bank fəaliyyətində müştəriyönümlü xidmət, innovasiya və operativlik prinsiplərini əsas tutur. ATB Bank rəqəmsal bankçılıq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir və mobil/ internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16672
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
501-1000