Kimya mühəndisi (Qaradağ ərazisi)
Bakı
Tam Ştat
Orta Səviyyə
1.000 - 1.200 AZN
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 23 mart 2026
Təsvir
İstehsalat prosesinin texniki təhlükəsizliyini təmin etmək;
İstehsal olunan məhsullar üzrə xammal və hazır məhsulların mövcud standart və texniki şərtlərə uyğunluğunun təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
İstehsal olunan məhsulun fiziki-kimyəvi analizləri göstəricilərinə nəzarət etmək;
Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
İstehsal olunan məhsulun fiziki - kimyəvi analizlərinin göstəricilərinə nəzarət etmək;
Kimyəvi məhlulların hazılanması və reaksiyaların aparılmasını təmin etmək;
Kimya məhsulların istehsal problemlərini araşdırmaq, səbəbləri təhlil etmək və həll yollarını təyin etmək;
Yeni tədqiqat və analiz metodlarını araşdırmaq;
Laborator avadanlıqların sazlığına nəzarət etmək, onların vaxt aşırı olaraq tənzimlənməsini təmin etmək;
Keyfiyyətlə və təhlükəsizliklə bağlı məsələlərini vaxtında həll etmək.
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 5 ildən artıq
Yaş : 25 - 50
Cins : Kişi
Ali təhsil: Kimya üzrə;
Müvafiq sahə üzrə minimum 5 illik iş təcrübə;
Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi mütləqdir;
Ofis proqramlarında işləmə bacarığı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8696
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000