Kiçik texniki mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
AQA Şirkətlər Qrupu "Kiçik texniki mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Ofis və obyektlərdə aparılan təmir, texniki xidmət, yenidənqurma və quraşdırma işlərinin icrasına nəzarət etmək;
Gündəlik texniki tapşırıqları planlaşdırmaq, resurs bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
Tikinti və texniki işlərlə bağlı müvafiq normativ sənədləri hazırlamaq və sənədləşməni düzgün aparmaq;
Avadanlıqların düzgün və təhlükəsiz istismarını, texniki nasazlıqların qarşısının alınmasını təmin etmək;
Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin texniki baxımına nəzarət etmək;
Obyektlərin enerji, su, qaz və rabitə təminatında fasiləsizliyin qorunmasını təmin etmək;
Subpodratçılarla işin koordinasiyasını həyata keçirmək, görülən işlərin keyfiyyətini yoxlayaraq təhvil-təslim prosesində iştirak etmək;
Texniki iş sahələrində mühafizə və təhlükəsizlik qaydalarına uyğunluğa nəzarət etmək;
Tabeliyində olan texniki heyətin işini təşkil etmək və gündəlik nəzarəti həyata keçirmək;
Müştəri məmnuniyyətini təmin etmək məqsədilə texniki sahədə ortaya çıxan problemlərin operativ həllinə yönəlik tədbirlər görmək;
Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
Rəhbərlik tərəfindən verilmiş digər texniki və inzibati tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil (müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
Vəzifənin tələbləri nəzərə alınaraq, kişi namizədlərə üstünlük verilir;
Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı;
Kompyuter bilikləri – MS Office, Autocad proqramlarını mükəmməl bilmək;
Analoji sahədə minimum 1 il iş təcrübəsinə malik;
Elektrik, santexnika və havalandırma sistemləri sahəsinə aid biliklərə sahib olmaq;
Komandada işləmək bacarığı.
Əlavə məlumat:
İş günləri: 5 günlük iş qrafiki, şənbə qısa iş günü, həftədə 1 gün istirahət günü;
Əmək haqqı: 1000 AZN (net)
Necə Müraciət Etmək Olar
AQA Şirkətlər Qrupu
Other
AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13532
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000