Qrafik dizayner/ Veb dizayner

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Qrafik dizayner/ Veb dizayner vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesabları və layihələri üçün yaradıcı postların hazırlanması;

  • AI əsaslı dizayn alətləri vasitəsilə vizual konseptlər hazırlamaq;

  • Şirkətin müxtəlif komandaları ilə əməkdaşlıq etmək;

  • Kreativ yanaşma, vizual zövq və dizayn həlləri təklif etmək bacarığı;

  • Layihələrin müstəqil şəkildə, vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;

  • Komanda ilə ideya müzakirələrində aktiv iştirak və dizayn təkliflərinin verilməsi.

Tələblər

  • Qrafik dizayn sahəsində real praktik iş təcrübəsi (Veb dizayner sahəsi üstünlükdür);

  • Photoshop, Illustrator proqramlarından istifadə bacarığı;

  • Freepik AI, Adobe AI kimi süni intellekt alətləri ilə işləmə bacarığı;

  • Yeni alətlərə (AI, avtomatlaşdırma və s.) maraq və öyrənmək həvəsi;

  • UX prinsipləri və workflow-lar haqqında baza bilik

  • Figma və əsas web/UI dizayn prinsipləri ilə işləmə bacarığı;

  • HTML/CSS haqqında baza bilik üstünlükdür;

  • Vaxtın idarə olunması bacarığı;

  • Trendləri izləmək və araşdırma qabiliyyəti;

  • Yaradıcı düşüncə və rəqəmsal dizayndakı detallara diqqət;

  • Portfolio-nun mövcudluğu (mütləqdir).

Necə Müraciət Etmək Olar

AQA Şirkətlər Qrupu

AQA Şirkətlər Qrupu

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13118

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya