Ana Səhifə
Vakansiyalar

Kiçik icma mütəxəssisi

Kiçik icma mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 30 may 2026

Təsvir

2019-cu ildən fəaliyyətə başlayan Lotfi Zadeh Texnologiya Mərkəzi Xəzər dənizi regionunda texnoloji bilik, infrastruktur və investisiyanı bir araya gətirən innovativ layihədir. Azərbaycanın ən böyük kovörkinq mərkəzi olan LTC hazırda Caspian Business Center (LTC Z) və Caspian Plaza (LTC Y) filiallarında xidmət göstərir.

Coworking mərkəzimizdə gənc və motivasiyalı şəxslər üçün "Kiçik icma mütəxəssisi" vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Yeni üzvlərin qarşılanması, mərkəzin imkanlarının və qaydalarının izahı;

  • Potensial üzvlərə tur xidməti göstərmək və məlumatlandırmaq;

  • Mövcud üzvlərin ehtiyaclarını dinləmək və uyğun yönləndirmələr etmək;

  • İcma daxilində əməkdaşlıq və ünsiyyətin təşviqi üçün tədbirlərin təşkilinə dəstək vermək;

  • İcma üzvləri arasında yaranan gündəlik anlaşılmazlıqların həllinə yardımçı olmaq;

  • Üzvlərdən geribildirim toplamaq və rəhbərliyə təqdim etmək;

  • Məkanın səliqəli, rahat və istifadəyə uyğun saxlanmasına nəzarət etməkdə dəstək göstərmək;

  • Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (bakalavr dərəcəsi);

  • Satış və ya müştəri xidməti sahəsində təcrübə arzuolunandır;

  • Güclü ünsiyyət bacarıqları;

  • İctimaiyyətlə ünsiyyətdə ekstravert xarakter;

  • Sahibkarlıq və icma mühitinə maraq və həvəs;

  • Müstəqil işləmək bacarığı;

  • Xanım namizədlərə üstünlük veriləcək;

  • İngilis dilində sərbəst danışıq və yazı bacarığı; Rus dili bilikləri üstünlükdür;

  • Yüksək etik dəyərlər, empatiya və etibarlılıq.

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00 – 19:00

  • Əmək haqqı: 500 AZN (Net)

Necə Müraciət Etmək Olar

AQA Şirkətlər Qrupu

AQA Şirkətlər Qrupu

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13117

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Texniki menecer

Tam Ştat

AQA Şirkətlər Qrupu "Texniki menecer" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Şirkətdə olan təmir, tikinti, quraşdırma, yenidən təşkil və digər bərpa işlərinin həyata keçirilməsini təmin edir və icrasına nəzarət edir; İşlərin yerinə-yetirilməsi zamanı iş bölgüsünün təşkil edir, resurslardan səmərəli istifadə və layihə üzrə işlərin icrasının müddətinə nəzarət edir; Yerinə-yetirdiyi işlərlə bağlı lazımi normativ və texniki sənədlərə riayət etməklə bu tip sənədlərin tərtib edilməsi və doldurulması; Avadanlıqların texniki cəhətdən düzgün istismarını və fasiləsiz işini, həmçinin onların təhlükəsiz istismarını və istifadə müddətinin artırılmasını təmin edir və nəzarətdə saxlayır; Müəssisənin enerji, su, qaz, rabitə təchizatınının davamlılığını təmin edir; Təmiri bitmiş obyektlərin, ayrı-ayrı mərhələlərin və kompleks işlərin təhvil verilməsini təmin edir; Subpodrat şirkətlər üçün iş sahələrini təşkil edir və yerinə-yetirilmiş işləri onlardan qəbul edir; Mühafizəli sahələrdə işlərin yerinə-yetirilməsinə icazə verən sənədləri tərtib edir; Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarətin olunması; Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək; “Tam müştəri məmnuniyyəti” konsepsiyasının prinsiplərinə mane olan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür və rəhbərliyə təkliflər verir; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.