Kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Struktur: Kommersiya departamentinin Satışa dəstək şöbəsi
Vəzifə öhdəlikləri:
Daşımalar üzrə daxil olan müştəri sorğularını qəbul etmək və emal etmək;
Daşımalar üzrə əməliyyat məlumatlarının və sifarişlərin sistemə daxil edilməsini təmin etmək;
Yüklərin hərəkəti, konteynerlərin dislokasiyası və daşınma statusları üzrə məlumatların toplanmasına və müştərilərə təqdim edilməsinə dəstək vermək;
Müştərilər, terminallar, ekspeditorlar, daşıyıcılar və digər tərəfdaşlarla işgüzar yazışmaları həyata keçirmək;
Dəmir yolu qaimələri, daşınma sənədləri və kommersiya sənədləri üzrə ilkin məlumatların hazırlanmasına dəstək vermək;
Günlük hesabatların hazırlanması və təqdim olunması.
Namizədə dair tələblər:
Ali təhsil: müvafiq sahə üzrə
İş stajı: tələb olunmur
Dil biliyi: rus, ingilis
MS Office
Funksional bilik və bacarıqlar: Satış texnikaları sahəsi üzrə yazılı və şifahi ünsiyyətə dair biliklər; Marketinq kommunikasiyaları üzrə biliklər; Bazar iqtisadiyyatının əsaslarına dair biliklər;
Davranış bacarıqları: Ünsiyyət, əlaqələndirmə, məlumatların idarə edilməsi, vaxtın effektiv idarə edilməsi
İş qrafiki:
5 günlük
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
Əlavə üstünlüklərimiz:
Könüllü tibbi sığorta;
Nahar ilə təmin edilmə;
Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Kiçik mütəxəssis (Satışa dəstək şöbəsi)” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Necə Müraciət Etmək Olar
ADY Express
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17518
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə