Mühəndis-proqramlaşdırıcı (backend developer)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 29 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
C# proqramlaşdırma dili əsasında backend tətbiqlərin dizaynı, inkişafı və davamlı texniki dəstəyi;
Verilənlər bazası ilə effektiv işləmə: SQL sorğularının yazılması, optimallaşdırılması və performansın artırılması;
RESTful API-ların arxitekturasının qurulması və inteqrasiyası;
Kod keyfiyyətinin təmin olunması məqsədilə komanda daxilində code review proseslərində iştirak;
Texniki sənədlərin hazırlanması və sistem arxitekturasının sənədləşdirilməsi;
Mövcud sistemlərin performansının monitorinqi və optimallaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.
Namizədə dair tələblər:
Ali təhsil
İş stajı: 2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)
Dil biliyi: İngilis (texniki)
Rəqəmsal bilik və bacarıqlar:
SQL sahəsində dərin biliklər: T-SQL, stored procedures, query optimization (MSSQL);
ORM alətləri ilə praktiki təcrübə (Entity Framework və ya Dapper);
REST API-ların hazırlanması və inteqrasiyası sahəsində real layihə təcrübəsi;
Versiya idarəetmə sistemləri ilə işləmə bacarığı (Git).
Əlavə üstünlük hesab olunur:
Microservices arxitekturası üzrə bilik və ya praktiki təcrübə;
Cloud texnologiyaları ilə işləmə (Microsoft Azure və ya digər platformalar);
Unit testlərin yazılması və test yönümlü inkişaf (TDD) prinsipləri barədə anlayış;
Python bilikləri.
Analitik düşüncə, komandada işləmə bacarığı, diqqətlilik, innovativlik, təşəbbüskarlıq, peşəkar ehtiyatlılıq, nətcəyönümlülük
İş şəraiti
İş qrafiki**:**5 günlük
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
Əlavə üstünlüklərimiz:
Könüllü tibbi sığorta;
Nahar ilə təmin edilmə;
Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mühəndis-proqramlaşdırıcı” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
ADY Express
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15310
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə