Ana Səhifə
Vakansiyalar

İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi (Son istifadəçi testi mütəxəssisi)

İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi (Son istifadəçi testi mütəxəssisi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Manual Testləşdirmə: Hazır olan proqram təminatını "son istifadəçi gözü” ilə yoxlamaq;

  • User Story-lərin hazırlanması: İstifadəçi ehtiyaclarını "İstifadəçi hekayələri" şəklində təsvir etmək;

  • Xətaların (Bug) izlənilməsi: Test zamanı aşkar olunan xətaları sənədləşdirmək və proqramçılara geri bildirim vermək;

  • Təlimatlar: Yeni funksiyalar üzrə son istifadəçilər üçün sadə dildə təlimatlar hazırlamaq, proqramın digər sənədləşmə işlərini təmin etmək;

  • Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil: Müvafiq sahə üzrə

  • İş stajı: 1 il (İT layihələrində biznes və ya sistem analitiki üzrə)

  • Dil biliyi: İngilis

  • Rəqəmsal bilik və bacarıqlar:

  • Windows 10 OS fundamentals ilə işləmək bacarığı;

  • Windows server funksiyalarını bilmək;

  • Com Tia Help Desk ilə sərbəst işləmək bacarığı

  • Software Development Life Cycle üzrə biliklər,

  • Proqram təminatının test edilməsi metodologiyaları haqqında biliklər;

  • Jira, Confluence və ya bənzər tapşırıq idarəetmə sistemlərində sərbəst işləmək bacarığı;

  • SQL/API biliyi, sadə verilənlər bazası sorğuları və Postman ilə işləmək bacarığı olanlara üstünlük veriləcəkdir

  • Analitik düşüncə; nəticəyönümlülük; müstəqil işləmə; təşəbbüskarlıq; diqqətlilik; sənədləşdirmə bacarığı; komandada işləmə; ünsiyyət bacarıqları; texniki tapşırıqları aydın, ardıcıl və anlaşılan dildə yazma qabiliyyəti

İş şəraiti

  • İş qrafiki: 5 günlük

  • İş saatı: 09:00-18:00

  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;

  • Nahar ilə təmin edilmə;

  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı

Tələblərə cavab verən namizədlər öz CV-lərini “İT şöbəsinin mütəxəssisi” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12774

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə