Kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Struktur: Kommersiya departamentinin Vaqon daşımaları satışı şöbəsi
Vəzifə öhdəlikləri:
Vaqon daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq;
Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək;
İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq;
Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək;
Sifarişlərin cəmiyyətin daxili proqram təminatında işlənməsi, müştərilərə daşıma kodlarının təqdim olunması;
Vaqon daşımaları ilə bağlı proseslərin təşkili üçün tədbirlər görmək;
Vaqon daşınmaları üzrə tərəfdaş şirkətlər, terminallar və stansiyalarla, digər infrastruktur sahibləri ilə işləri koordinasiya etmək;
Yük daşımanın başlanması üçün lazım olan naryadların, təlimatların və digər lazımi sənədlərin təmin edilməsini həyata keçirtmək;
Cari vaqon daşımaları üzrə dövri hesabatlar hazırlamaq;
Borclu müştərilərin pul vəsaitlərinin qaytarılmasına nəzarət etmək;
Vaqon daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydasına riayət etmək;
Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar Cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək;
Şöbənin əsasnaməsi, bu vəzifə təlimatı və cəmiyyətin korporativ hüquqi aktları ilə müəyyən edilən, habelə rəhbərliyin tapşırığından irəli gələn digər vəzifələri icra etmək.
Namizədə dair tələblər:
Ali təhsil: müvafiq sahə üzrə
İş stajı: tələb olunmur
Dil biliyi: rus, ingilis
MS Office
Funksional bacarıqlar: Satış texnikaları sahəsində biliklər; Marketinq kommunikasiyaları üzrə biliklər; Bazar iqtisadiyyatının əsaslarına dair biliklər;
Davranış bacarıqları: Əlaqələndirmə, məlumatların idarə edilməsi, vaxtın effektiv idarə edilməsi
İş qrafiki:
5 günlük
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
Əlavə üstünlüklərimiz:
Könüllü tibbi sığorta;
Nahar ilə təmin edilmə;
Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Kiçik mütəxəssis” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Necə Müraciət Etmək Olar
ADY Express
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17517
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə