Kibertəhlükəsizlik üzrə mühəndis / aparıcı mühəndis / baş mühəndis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
“PAŞA Sığorta” ASCnamizədləri Kibertəhlükəsizlik üzrə mühəndis / aparıcı mühəndis / baş mühəndis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət mexanizimlərin idarə edilməsi.
İnformasiya Sistemlərinin, proseslərinin şirkət siyasətlərinə və ITGC audit kontrollarına uyğunluğunun müəyyən edilməsi
Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və Biznes komandaları ilə sıx işləmək;
PAM, DLP, SIEM, WAF, MDM, Endpoint Securty və Azure Security & Complience s. informasiya təhlükəsizliyi sahəsində mövcud olan sistemləri ilə işləmə, sazlanma və idarə edilməsi;
Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, analizi, idarə edilməsi və hesabatın hazırlanmısı.
Təhsil və ixtisas - Ali təhsil
Sertifikatlar - Arzu olunandır
Bilik və bacarıqlar
İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə ali təhsil.
İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 2 il, iş təcrübəsi.
Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən.
Əməliyyat sistemləri Windows və Linux əməliyyat sistemləri üzrə yaxşı biliyi olan.
PAM, DLP, SIEM, WAF, MDM və Azure Security & Complience sistemləri ilə iş təcrübəsi olan.
Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlayan və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olan.
MITRE, Sysinternals ilə tanış olması arzuolunandır.
ISO27001, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrin biri ilə tanış olması arzuolunandır.
Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı.
Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə).
Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Səbrli və soyuqqanlı olmaq bacarığı.
Dil bilikləri - Azərbaycan, İngilis və Rus dili.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10942
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000