Qeyri-Maliyyə Risklərinin idarəolunması üzrə aparıcı/baş mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
Qeyri-Maliyyə Risklərinin idarəolunması üzrə aparıcı/baş mütəxəssis
PAŞA Sığorta ASC namizədləri Qeyri-Maliyyə Risklərinin idarəolunması üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin qeyri-maliyyə risklərinin effektiv idarə olunmasını təmin etmək, risk yetkinlik dərəcəsinin artırılması üçün strateji məqsədlərə nail olmaq və departamentlərə metodoloji dəstək göstərmək üçün nəzərdə tutulub. Əməkdaş risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və təhlili, risk limitlərinə nəzarət, insidentlərin idarəolunması və risk hesabatlarının hazırlanması kimi əsas funksiyaları icra edərək təşkilatın davamlı inkişafına və dayanıqlığına töhfə verəcək.
Öhdəliklər
Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq
Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək
Risklərin müəyyən edilməsi prosesini həyata keçirmək və bu istiqamətdə digər departamentlərə metodoloji dəstək göstərmək
Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək
Qeyri-Maliyyə risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək, aylıq əsasda risk hesabatlarını hazırlamaq
Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən və xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə metodoloji dəstək göstərmək
İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək və icrasına nəzarət etmək
Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək
Bilik və Bacarıqlar
MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
Qeyri-maliyyə risklərinin idarə olunması sahəsində əla biliklər
Sığorta sahəsi üzrə nəzəri biliklər
Təqdimat bacarıqları
İri-həcmli məlumat bazaları ilə işləmək bacarığı
Emosional stabillik və məsuliyyətlilik
Komandada işləmək bacarığı
Yaxşı ünsiyyət qurmaq bacarığı
Məntiqi və analitik düşüncə
Stressə davamlılıq
Təşəbbüskarlıq
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
ARM və FRM sertifikatlarının olması arzuolunandır
Təhsil və Təcrübə
Ali təhsil (bakalavr) – İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat ixtisası üzrə
Qeyri-maliyyə risklərinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və bilik mübadiləsi
Fərdi və peşəkar inkişaf imkanları
Şirkətin fəaliyyətində real təsir və dəyər yaratmaq imkanı
Şəffaf və açıq korporativ mühit
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Non-Financial Risk Management Senior/Lead Specialist and become a member of our professional team.
This role is designed to ensure effective management of non-financial risks, support the achievement of strategic risk maturity objectives, and provide methodological support to departments. The specialist will contribute to the organization's sustainable growth and resilience by performing key functions such as risk identification, assessment and analysis, monitoring risk limits, incident management, and preparation of risk reports.
Responsibilities
Monitor compliance with risk management strategy and policies
Participate in the development of risk management methodologies
Implement the risk identification process and provide methodological support to other departments
Continuously monitor compliance with risk limits and immediately report any violations
Conduct assessment and analysis of non-financial risks and prepare monthly risk reports
Analyze data obtained from other departments, electronic information systems, and external sources for risk assessment and management purposes
Provide methodological support to other departments on risk-related matters
Analyze and monitor incidents reported within the incident management system
Participate in the preparation of the Risk Appetite Statement
Knowledge and Skills
Proficiency in MS Office applications
Excellent knowledge in non-financial risk management
Theoretical knowledge in insurance
Presentation skills
Ability to work with large databases
Emotional stability and responsibility
Ability to work in a team
Strong communication skills
Logical and analytical thinking
Stress resistance
Initiative
Language skills: Azerbaijani, English, Russian
ARM and FRM certifications are preferred
Education and Experience
Bachelor’s degree in Economics, Finance, or Mathematics
At least 3 years of experience in non-financial risk management
What we offer
Collaboration and knowledge sharing in a professional and supportive team
Opportunities for personal and professional development
Ability to make a real impact and add value to the company’s operations
Transparent and open corporate environment
Opportunity to work in a “Great Place To Work” certified company.
Interested candidates can apply by clicking the link provided in the "Apply" button.
Only candidates who meet the initial selection criteria will be contacted.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10944
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000