Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
SƏTƏM (HSE)

Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət üzrə regional mütəxəssis (Bərdə/İmişli)

Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət üzrə regional mütəxəssis (Bərdə/İmişli)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

  • Region üzrə filiallarda xam pambığın və emal məhsullarının keyfiyyətinə nəzarət və keyfiyyət təminatının həyata keçirilməsi.

  • Xam pambığın təsnifat qaydalarının öyrənilməsi, tətbiqi və filiallar üzrə düzgün icrasına nəzarət etmək.

  • Xam pambığın tədarükü, qəbul olunması, saxlanması və emal proseslərinin region üzrə keyfiyyət standartlarına uyğunluğunu təmin etmək.

  • Filiallara daxil olan xam pambığın və digər ehtiyatların keyfiyyətini yoxlamaq və standart/texniki şərtlərə uyğunluğunu qiymətləndirən rəylər hazırlamaq.

  • İstehsalat və emal prosesinin bütün mərhələlərində, anbarlarda və filiallarda məhsulların düzgün saxlanmasına nəzarəti təşkil etmək.

  • Keyfiyyətin təminatı və nəzarət sistemlərinin region üzrə tətbiqi, nəzarət əməliyyatlarının avtomatlaşdırılması və təkmilləşdirilməsi üçün tədbirlər hazırlamaq.

  • Keyfiyyətsiz xam pambıq və məhsulların uçotunu aparmaq, səbəblərini təhlil etmək və məsul şəxslərin uçotunun region üzrə aparılması.

  • Qüsurlu xam pambığın düzəldilməsi və ya əvəzlənməsi üçün filiallara tövsiyə və təlimatlar vermək.

  • Region üzrə ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və monitorinqini təmin etmək.

  • Keyfiyyətə nəzarət prosedurlarının region üzrə vahid standartlara uyğun tətbiqini təmin etmək.

  • Region üzrə filiallardan alınan məlumatlara əsaslanaraq mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

  • Filiallar səviyyəsində keyfiyyət komandalarının təlimini və inkişafını təşkil etmək, ən yaxşı təcrübələrin region üzrə paylaşılmasını təmin etmək.

Tələblər

  • Keyfiyyətin təminatı, keyfiyyətə nəzarət, aqrar sahə, texnologiya və ya müvafiq sahədə ali təhsil;

  • Xam pambığın tədarükü və emalı sahəsində 3-5 il iş təcrübəsi, regional səviyyədə koordinasiya üstünlükdür;

  • Xam pambığın təsnifat qaydaları, keyfiyyət göstəriciləri və normativ tələbləri üzrə bilik;

  • Keyfiyyət idarəetmə sistemləri (ISO 9001 və ya sahəyə uyğun standartlar) üzrə bilik;

  • Analitik düşüncə, problem həll etmə və filiallararası koordinasiya bacarığı;

  • Yaxşı kommunikasiya və hesabat hazırlama bacarığı;

  • Region üzrə ezamiyyətlərə hazır olmaq və filiallarla operativ işləmək

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15620

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Traktorçu (Ağcabədi filialı)

Tam Ştat

Traktor idarə etmək üçün müvafiq vəsiqə və sənədləri üzərində saxlamalıdır. İşə başlamazdan əvvəl texnikanın (əyləc sistemi, mexanizmlər, təhlükəsizlik qurğuları) texniki vəziyyətini yoxlamalıdır. Aşkar olunmuş nasazlıqların aradan qaldırılmasında iştirak etməlidir. Texniki, yanğın və əməyin mühafizəsi qaydalarına (HSE təlimatlarına) ciddi riayət etməlidir. Texnoloji rejim və təlimatlara əməl etməli, rəhbərliyin göstərişlərini vaxtında yerinə yetirməlidir. Traktorda kənar şəxslərin olmasına icazə verməməlidir. Yükləmə zamanı təhlükəsizlik qaydalarına əməl etməli, normadan artıq yükləməməlidir. Sürət həddinə riayət etməlidir. Aqrotexniki işləri qaydalara uyğun yerinə yetirməlidir. Qoşqu və lafetdə insanların daşınması qadağandır. Dərman hazırlığı yalnız məsul şəxsin iştirakı ilə və FMV istifadə etməklə aparılmalıdır. Tələb olduqda, müvafiq səlahiyyət olduqda kombayn və digər texnikanı idarə edə bilər. Fərdi mühafizə vasitələrindən istifadə etməlidir (maska, əlcək, eynək və s.). Təhlükəli halları dərhal rəhbərliyə bildirməlidir. Kimyəvi maddələrlə işləyərkən xüsusi qaydalara əməl etməlidir. İş yerini təmiz və nizamlı saxlamalıdır. Ətraf mühitə zərər verməməli, tullantıları düzgün idarə etməlidir. Qapalı sahələrdə qaz təhlükəsinə qarşı tədbir görməlidir. Sahədə işləyərkən digər işçilərin təhlükəsizliyini təmin etməlidir.