Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

"Agro-West  Retail"-MMC  “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” vakansiyasını elan edir:

Vəzifə Öhdəlikləri:

  • Marketlərdə gündəlik olaraq keyfiyyət yoxlamaları aparmaq;

  • Keçirilmiş yoxlamalar üzrə hesabatları hazırlamaq, proseslərin səmərəliliyini təhlil etmək və rəhbərinə təqdim etmək;

  • Uyğunsuzluq aşkar edildikdə, market rəhbərliyinə və aidiyyəti şöbələrə məlumat vermək;

  • Uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq, icrasını izləmək və lazım gəldikdə təkrar yoxlama aparmaq;

  • Üzərinə düşən sənədlərin hazırlanması, izlənməsi və müvafiq qaydada saxlanılmasını təmin etmək;

  • Market əməkdaşlarına sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi üzrə məsləhətlər vermək və lazım gəldikdə təlimlər keçmək;

  • Dövlət orqanları tərəfindən keçirilən illik və növbədən kanar yoxlamalar zamanı rəhbərlik tərəfindən verilən göstərişə əsasən yoxlama komissiyalarını qarşılamaq və lazım gəldikdə onlarla birlikdə yoxlamada iştirak etmək;

  • Şirkətin keyfiyyət standartlarına və daxili qaydalarına uyğun olaraq fəaliyyət göstərmək və daxili auditini həyata keçirmək;

  • Həftəlik və ya aylıq olaraq mərkəzi anbarda keyfiyyət yoxlamaları aparmaq və bu yoxlamalar üzrə hesabatlar hazırlayaraq rəhbərinə təqdim etmək;

  • Müştəri müraciətlərinin araşdırılması və məmnuniyyətin təmin edilməsi;

  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq keyfiyyət normalarına əməl etmək;

  • Daim Şirkətin mənafeyini və imicini qorunmasını təmin etmək;

  • Rəhbərlik tərəfindən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər

Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:

  • Təhsil: Ali;

  • Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür;

  • Dil biliyi: Rus və ya ingilis dili biliyi üstünlükdür;

  • MS Office proqramlarını (xüsusən Excel, Word, PowerPoint);

  • Azərbaycan Respublikasının qida təhlükəsizliyi və gigiyena üzrə qanunvericilik tələbləri bilməli;

  • Beynəlxalq idarəetmə standartlarının ISO 9001:2015 (Keyfiyyət idarəetmə sistemi), 22000:2018 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi) tələblərini bilməli;

  • Məhsulların saxlanma və daşınma şərtlərinə dair tələbləri bilməli;

  • Anbar və market şəraitində temperatur və nisbi rütubət nəzarəti üzrə normaları bilməli.

İş şəraiti:

  • Əmək haqqı: 800-1000 AZN;

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00 -18:00;

  • Nahar, korporativ nömrə, avtomobilin amortizasiya və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.

  • İş yeri: Bakı, Bakıxanov qəs.Bəşir Bünyadov küç.

Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Agro-West Retail

Agro-West Retail

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8493

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya