Keyfiyyətə nəzarət üzrə mütəxəssis
"Agro-West Retail"-MMC “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” vakansiyasını elan edir:
Vəzifə Öhdəlikləri:
Marketlərdə gündəlik olaraq keyfiyyət yoxlamaları aparmaq;
Keçirilmiş yoxlamalar üzrə hesabatları hazırlamaq, proseslərin səmərəliliyini təhlil etmək və rəhbərinə təqdim etmək;
Uyğunsuzluq aşkar edildikdə, market rəhbərliyinə və aidiyyəti şöbələrə məlumat vermək;
Uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq, icrasını izləmək və lazım gəldikdə təkrar yoxlama aparmaq;
Üzərinə düşən sənədlərin hazırlanması, izlənməsi və müvafiq qaydada saxlanılmasını təmin etmək;
Market əməkdaşlarına sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi üzrə məsləhətlər vermək və lazım gəldikdə təlimlər keçmək;
Dövlət orqanları tərəfindən keçirilən illik və növbədən kanar yoxlamalar zamanı rəhbərlik tərəfindən verilən göstərişə əsasən yoxlama komissiyalarını qarşılamaq və lazım gəldikdə onlarla birlikdə yoxlamada iştirak etmək;
Şirkətin keyfiyyət standartlarına və daxili qaydalarına uyğun olaraq fəaliyyət göstərmək və daxili auditini həyata keçirmək;
Həftəlik və ya aylıq olaraq mərkəzi anbarda keyfiyyət yoxlamaları aparmaq və bu yoxlamalar üzrə hesabatlar hazırlayaraq rəhbərinə təqdim etmək;
Müştəri müraciətlərinin araşdırılması və məmnuniyyətin təmin edilməsi;
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq keyfiyyət normalarına əməl etmək;
Daim Şirkətin mənafeyini və imicini qorunmasını təmin etmək;
Rəhbərlik tərəfindən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.