Keyfiyyətə Nəzarət üzrə İnspektor

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

Sahə: Unlu Məmulatların İstehsalı

Əsas vəzifələr

  • İstehsal prosesində məhsulların keyfiyyətinə gündəlik nəzarətin həyata keçirilməsi

  • Xammalın (un, yağ, krem və s.) qəbul zamanı vizual və sənəd üzrə yoxlanılması Hazır məhsulların standartlara (çəki, görünüş, qablaşdırma) uyğunluğunun yoxlanılması

  • İstehsalat sahəsində sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət

  • Temperatur rejimlərinə nəzarət:  +4°C soyuducu sahələr,  -18°C dondurucu anbar , -18°C dondurucu anbarda FIFO (First In First Out) prinsipinə nəzarət

  • Məhsulların düzgün yerləşdirilməsi

  • Köhnə məhsulların önə çəkilməsi və vaxtında istifadəsi

  • Anbarlarda məhsulların düzgün yığılması və saxlanma qaydalarına nəzarət

  • Depo və istehsalat sahələri üzrə təmizlik və dezinfeksiya planlarının icrasına nəzarət

  • Gündəlik temperatur qeydlərinin və yoxlama formalarının doldurulması

  • Uyğunsuzluqların aşkar edilməsi və rəhbərliyə hesabat verilməsi

  • Keyfiyyət və qida təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi

Tələblər

  • Qida mühəndisliyi, texnologiya və ya uyğun sahə üzrə təhsil (arzuolunandır)

  • Qida istehsalı sahəsində minimum 1 il təcrübə (unlu məmulatlar üstünlükdür)

  • Qida təhlükəsizliyi standartları üzrə bilik (HACCP, ISO 22000 arzuolunandır)

  • Temperatur rejimləri və saxlama qaydaları haqqında bilik

  • Diqqətli, məsuliyyətli və operativ olmaq

  • Komanda ilə işləmə bacarığı

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi

  • 6-cı gün saat 14:00-dək

  • Bakı, Azərbaycan, Balaxanı Sənaye Parkı

  • Koroğlu metro stansiyasından servis xidməti mövcuddur

  • Əmək haqqı: İlk 2 ay sınaq müddəti – 700 AZN (net)

  • Sınaq müddətindən sonra artım nəzərdə tutulur

Qeyd - Vakansiya üzrə bəy və xanım namizədlər müraciət edə bilər

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Oven Food Bakery

Oven Food Bakery

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12676

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya