Kənd təsərrüfatı texnikaları üzrə mühəndis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 20 fevral 2026

Son Tarix: 20 mart 2026

Təsvir

  • Ali təhsil

  • 3- 5 il iş təcrübəsinə malik namizədlərə üstünlük verilir

  • MS Office proqramlarında sərbəst işləmə bacarığı

  • Analitik düşüncə və təhlil bacarığı

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma

  • Fərdi və komanda da işləmə bacarığı

  • Azərbaycan dili əla səviyyədə olmalıdır, ingilis və rus dili arzuolunandır

Vəzifə öhdəlikləri:

  • Təşkilata məxsus bütün avtomobillərin qeydiyyatını aparır

  • Alındığı dövrdən vaxtaşırı və müəyyən olunmuş vaxtda təmiri və diaqnostik baxış vaxtını müəyyən edir

  • Avto qəza nəticəsində qəzalı hala düşmüş avtomobilləri təmirə qəbul edir

  • Təmirə qəbul edilmiş avtomobillərin qəbul formunu doldurur, təmirə qəbul edilmiş avtomobillərin müvafiq təmiri üzrə ustalara iş bölgüsünü edir

  • Təmirdə olan avtomobillərdə  dəyişdirilməsi tələb olunan hissələrə qərar verir

  • Təmiri bitmiş avtomobillərin təmirinin keyfiyyətini yoxlayır

  • Təmiri yoxlanılmış avtomobilləri aidiyyatı üzrə sürücülərə təhvil verir

  • Ehtiyat baza formalaşdırmaq üçün depoya alınan avtomobil hissələrinin keyfiyyətini və yararlığını yoxlayır

  • Anbardan gündəlik təmir işləri üçün alınan avtomobil hissələrinin təhvil-təslimini edir

İş vaxtının norması:

  • 5 günlük iş rejimi; 09:00-18:00

  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

  • Nahar şirkət tərəfindən təmin edilir;

**Ünvan:**İmişli və Biləsuvar rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kənd təsərrüfatı texnikaları üzrə mühəndis - 25430” qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azersun Holding

Azersun Holding

Other

Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9390

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Nəzarət Ölçü Cihazları üzrə Mütəxəssis (Kürdəmir)

Tam Ştat

Vəzifə öhdəlikləri: Zavodda istifadə olunan bütün növ nəzarət-ölçü cihazları (NÖC) və avtomatika vasitələrinin iş prinsipini, siqnal növlərini, sistem və elementlərini bilmək və tətbiq etmək NÖC və avtomatika avadanlıqlarının montajı, istismarı, texniki baxışı, əsaslı təmiri və kalibrasiyasını həyata keçirmək Nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq, sıradan çıxmış hissələri düzgün metodla dəyişdirmək Mexaniki (açarlar və s.) və elektrik (tester, kommunikator, kalibrator və s.) alət və avadanlıqlardan düzgün istifadə etmək Zavodda istifadə olunan lokal avadanlıqların (Filtr Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemlərinin iş prinsipini bilmək və nasazlıqları aradan qaldırmaq Monitorlu (displeyli) yeni nəsil avadanlıqların parametrlərini tənzimləmək, menyu üzərindən sazlama və kalibrasiya işlərini aparmaq Sahə cihazlarının elektrik sxemlərini oxumaq, P&ID sxemlərinə əsasən siqnalları düzgün müəyyən etmək Sahə cihazlarının ayarlanması və kalibrasiyasını həyata keçirmək, LOOP testlərini icra etmək Təmir və baxım işlərinə başlamazdan əvvəl təhlükəsizlik və hazırlıq tədbirlərini yerinə yetirmək Proses kontrol nöqtələri və dövrələrinin iş prinsipini analiz etmək və düzgün texniki diaqnoz vermək Avtomatika cihazlarının elektrik və pnevmatik qidalanma sxemlərini bilmək və tətbiq etmək Avadanlıqların istismara qəbulu, dövriyyəyə alınması və istismardan çıxarılması proseslərində iştirak etmək Vəzifə üzrə tələblər: Ali və ya orta ixtisas təhsili (Avtomatika, Elektronika, Elektrik və ya əlaqədar texniki sahə üzrə) İstehsalat və ya sənaye müəssisələrində NÖC və avtomatika üzrə minimum 3 il iş təcrübəsi P&ID və elektrik sxemlərini oxuma bacarığı Kalibrasiya, sazlama və diaqnostika sahəsində praktiki təcrübə Texniki təhlükəsizlik qaydalarını bilmə və tətbiq etmə bacarığı Komanda ilə işləmə və operativ problem həll etmə bacarığı Biz nə təklif edirik? İş yeri: Kürdəmir rayonu İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00 Nahar: Şirkət tərəfindən təmin olunur Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizicv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC üzrə Mütəxəssis - 30193**”** qeyd etməyiniz xahiş olunur. Tələblərə cavab verdiyiniz təqdirdə göstərilən link üzərindən müraciətnizi göndərə bilərsiniz.