Kassir (Sumqayıt)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 18 mart 2026

Təsvir

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;

  • Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;

  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;

  • Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;

  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;

  • Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.

Tələblər

  • Ali təhsil;

  • Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;

  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;

  • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;

  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;

  • Microsoft Office programları üzrə biliklərə malik olmalı;

  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9325

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya