İxracat üzrə koordinator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 25 mart 2026
Təsvir
Gömrük və İxracat işlərinin aparılması (Mənşə sertifikatının alınması, Nəqliyyat CMR sənədləri, bəyannamə və s.);
İşgüzar yazışmaların və danışıqların aparılması;
Xarici bazarlarda və yaxın qonşu ölkələrlə internet ilə biznes əlaqələrinin qurulması,məlumatların toplanması;
Xarici bazarların "Mətanət A" Şirkətinin istehsal etdiyi məhsullara olan tələbatının öyrənilməsi;
Xarici ölkələrdəki satış imkanlarının öyrənilməsi;
Xarici ölkələrdə məhsulların satışının yüksədilməsi prosesinin nəzarət altında saxlanılması, hesabatının şöbə rəhbərinə təqdim edilməsi;
Məhsulun ixracat planlarının yerinə yetirilməsinə nəzarət, məlumatların şöbə rəhbərinə təqdim edilməsi;
Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması;
İxracat sənədlərinin aparılması,vaxtında rəsmiləşdirilməsi;
Sifariştərin qəbulu , icrası , müştərilərə məlumatların verilməsi , daxili prosedur və qaydalar üzrə sifarişləri icra etmək.
İş şəraiti:
İş yeri: Luxen Plaza;
İş qrafiki: 5 günlük;
İstirahət: Şənbə və bazar günü;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
Şəhərin mərkəzində ofis
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
Təhsil: Ali; (təhsilin maliyyə, gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür);
Yaş aralığı: 25- 40 yaş
Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət bacarığı, İnglis dili arzuolunardır
Proqram bilikləri: 1C (8.3),MS Office proqramlarında (xüsusi ilə Excel) sərbəst işləmək bacarığı.
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (idxal və ixrac əməliyyatları təcrübə üstünlük hesab olunur);
Sürücülük vəsiqəsi; üstünlükdür
Ezamiyyələrə hazır olmalı;
Fikrini izah etmək qabiliyyəti;
Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olmaq;
Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirmək;
Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı;
Problemləri həll etmək bacarığı;
Detallara diqqət və nəticəyönümlü düşüncə;
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9669
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000