Mağaza Meneceri (Emporium Jewellery)
Tam Ştat
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifə öhdəlikləri:
Kommersiya və qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir.
Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir.
Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir.
VIP satışlar həyata keçirir.
Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir.
Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir.
Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir.
Yeni işçilərin adaptasiyasını keçirir (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları).
Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir.
Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir.
Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür.
Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir.
Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir.
Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir.
Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir.
“Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçir.
Mağaza işçiləri üçün məhsul təlimi keçirir.
Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır
Professional biliklər:
Müştəri Xidmətləri
Satış Texnikası
Merçendayzinq qaydaları
Rus və ingilis dili yaxşı səviyyədə
MS Office Proqramları
Təhsil:
Ali təhsil arzuolunandır
İş təcrübəsi:
Zinət əşyalarının satışı sahəsində 4 ildən artıq iş təcrübəsi
İdarəetmə sahəsində 2 ildən artıq iş təcrübəsi
Sifariş etmə təcrübəsi
Bonus sistemi ilə işləmə təcrübəsi
Professional bacarıq və kompetensiyalar:
İdarəetmə bacarığı
Liderlik
Təşkilatçılıq
Satış bacarıqları
Müsahibə aparmaq bacarığı
Təlim keçmə bacarığı
Ünsiyyət bacarıqları
Zamanın idarəolunması
Problem həll etmə
Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza meneceri (Emporium Jewellery)” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.