1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinə texniki dəstəyin göstərilməsidir.
Vəzifə öhdəlikləri:
Texniki dəstək və xidmət
Video müşahidə, audio, giriş-çıxışa nəzarət və oğurluğa qarşı sistemlərin işlək olmasına texniki dəstək göstərmək
Şlaqbaum və turniket sistemlərini quraşdırılması və texniki xidməti həyata keçirmək
Kabel və infrastruktur işləri
Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişini icra etmək
Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmət göstərmək
Fiber və Copper kabelləşməsi üzrə texniki tapşırıqlar hazırlamaq
Layihələndirmə və keyfiyyətə nəzarət
Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərini təhlil etmək
Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirmək
Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaq və layihəçi ilə birlikdə sistemlərin təhlilini aparmaq
İcra, qeydiyyat və hesabatlıq
Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq
Daxil olan sorğuları müəyyən edilmiş müddətdə cavablandırmaq və icrasını təmin etmək
Layihə bitdikdən sonra yekun hesabat hazırlamaq
Məsuliyyətində olan bölmələr:
Video-audio avadanlıqları
Təhlükəsizlik sistemləri (CCTV (analoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)
Professional biliklər:
İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər
Hikvision, Dahua , Vivotek və s. İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər
Audio avadanlıqların quraşdırılması və sazlanması
Patch Panel və Rack sistemlərinin yığılması
VAST Software haqqında baza biliklər
Access Point, Router, və s. şəbəkə avadanlıqlarının tənzimlənməsi
CompTIA A+ və ya CCNA sertifikatı arzuolunandır
Azərbaycan dili – əla; Rus dili – yaxşı; İngilis dili – arzuolunandır
Təhsil:
IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır
İş təcrübəsi:
Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi
Professional bacarıq və səriştələr:
Problem həlletmə
Zamanın idarəolunması
Çeviklik
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “CCTV Texnik” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.