İT üzrə Texniki Dəstək Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
700 AZN-dən
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 11 mart 2026
Təsvir
Tələb olunan bilik və bacarıqlar:
Orta ixtisas və ya ali təhsil
Hərbi mükəlləfiyyətli olmaq
Yaş həddi: 20–25 yaş
Yaxşı ünsiyyət bacarıqları
Analitik düşünmə qabiliyyəti
Zamanın effektiv idarə olunması bacarığı
Microsoft Windows əməliyyat sistemi üzrə biliklər
IP və analoq kameralar üzrə ilkin biliklər
Kabel çəkilişi və digər oxşar fiziki işləri yerinə yetirmə bacarığı
IP telefoniya sistemlərinin quraşdırılması üzrə biliklər (arzuolunandır)
Vəzifə öhdəlikləri:
Sistem səhvlərinin və avadanlıqların diaqnostikasını aparmaq, nasazlıqları aradan qaldırmaq
İstifadəçilər tərəfindən müraciət edilən problemlərin tam və vaxtında həllini təmin etmək
Yeni kompüterlərin quraşdırılmasını həyata keçirmək və korporativ domenə qoşmaq
Yeni istifadəçilər üçün hesablar yaratmaq və müvafiq sazlamaları aparmaq
USB və şəbəkə printerləri, həmçinin skanerlərlə bağlı yaranan problemləri aradan qaldırmaq
İT avadanlıqlarının dəyişdirilməsini və zərurət yarandıqda təmirini həyata keçirmək
DVR və NVR avadanlıqlarını quraşdırmaq və sazlamaq
Kompüterlərin təmirini həyata keçirmək (RAM, HDD/SSD, enerji bloku, termopastanın dəyişdirilməsi və s.)
Kamera, siqnalizasiya və digər təhlükəsizlik avadanlıqlarının quraşdırılmasını təmin etmək
Mövcud şəbəkə xətlərində yaranan problemləri müəyyən etmək və aradan qaldırmaq
Əmək haqqı:
Əmək haqqı 700–1000 AZN aralığında olmaqla, namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcəkdir;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi.
Vakansiyanın tələblərinə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İT üzrə texniki dəstək mütəxəssisi” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Iktex
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8900
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə