İT üzrə Sistem Administratoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 20 may 2026
Təsvir
Hazırda şirkətimizə İT üzrə Sistem Administratoru axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
Microsoft 365 (Exchange Online, Teams, SharePoint) xidmətlərinin idarə edilməsi;
Hibrid Exchange mühitinin dəstəklənməsi (on-premises və buludda);
İstifadəçi hesabları, icazələr və siyasətlər daxil olmaqla Active Directory-inin idarə edilməsi;
Virtual infrastrukturun (VMware / VxRail) qorunması və dəstəklənməsi;
Sistemin performansının, mövcudluğunun və tutumunun izlənilməsi;
Sistem və xidmət insidentlərinin aşkar edilməsi və aradan qaldırılması;
Help Desk komandası ilə əməkdaşlıq edərək eskalasiya olunmuş və mürəkkəb istifadəçi problemlərinin (L2/L3 səviyyəsi) vaxtında həll edilməsi;
Kibertəhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi və saxlanmasına dəstək verilməsi, o cümlədən MFA konfiqurasiyası və endpoint-in qorunması (EDR);
VPN, firewall və Wi-Fi daxil olmaqla şəbəkə infrastrukturunun idarə edilməsi və problemlərin aradan qaldırılmasına dəstək verilməsi;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər
İT və ya əlaqəli sahə üzrə ali təhsil
Sistem administrasiyası sahəsində minimum 3–5 il iş təcrübəsi
Microsoft 365 (Exchange Online, Teams) və Active Directory üzrə təcrübə
GPO, Microsoft Entra ID (Azure AD) və hibrid identifikasiya (on-prem + cloud) üzrə biliklər
MFA və identifikasiya təhlükəsizliyi siyasətləri üzrə təcrübə
Windows Server administrasiyası və virtuallaşdırma platformaları (VMware üstünlükdür) üzrə biliklər
TCP/IP, DNS, DHCP, VPN üzrə praktiki biliklər
Routing, switching və Cisco şəbəkə avadanlıqları ilə iş təcrübəsi
Şəbəkə problemlərinin diaqnostikası və aradan qaldırılması bacarığı
Girişə nəzarət, istifadəçi səlahiyyətləri və endpoint təhlükəsizliyi (EDR) üzrə anlayış
Email təhlükəsizliyi riskləri barədə məlumatlılıq
Əla səviyyədə ingilis dili
Rus dili biliyi üstünlükdür
Tələb olunan kompetensiyalar
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
İmtiyazlar
Könüllü tibbi siğorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15881
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə