Əsas Vəsaitlər və İnventar üzrə Mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
İş yeri: 2 gün şəhər ofisi (Baku Bay Tower 113, 8 noyabr prospekti) / 3 gün Balaxanı zavod ofisi
Tələblər
Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
Əsas Vəsaitlər, İnventar və Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
Orta səviyyədə MS Excel biliyi
Orta səviyyədə ingilis dili biliyi
1C (8.3 versiyası arzuolunandır) proqramında sərbəst işləmək bacarığı
PMS, ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilər arzuolunandır.
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Norm ASC-nin törəmə müəssisələrində əsas vəsaitlərin hərəkətinin ERP – 1C proqram təminatında monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi;
İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi;
Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu;
Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək;
Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi;
Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması;
İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək;
Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi;
İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi;
Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi;
Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq;
Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq;
Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi;
1C proqramında debitor və kreditor borclarının gündəlik uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması və qalıqlara nəzarət edilməsi, İnternet-bankçılıq üzərindən yerli və xarici ödənişlərin həyata keçirilməsi, bank çıxarışlarının proqrama işlənilməsi və gündəlik pul axınının izlənilməsi kimi işlərdən xəbardar olması;
Mal-materialların ERP sistemi (1C) üzrə düzgün qeydiyyata salınmasına nəzarət. İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək;
İstehsal edilmiş üzrə maya dəyərinin (unit cost) hesablanması, xammalın silinməsi (reseptə uyğun), hazır məhsulun anbar uçotu və istehsalat itkilərinin sənədləşdirilməsi sahəsində təcrübə;
Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq;
Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və 1C proqramına daxil edilməsinin təmin olunmasına dəstək;
Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi;
Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi siğorta
Nəqliyyat
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15116
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə