Satış Administrasiyası üzrə Kiçik Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Hazırda şirkətimizə Satış Administrasiyası üzrə Kiçik Mütəxəssis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər
Ali bakalavr təhsili (Biznesin İdarəedilməsi ixtisasına üstünlük verilir.)
Əlaqəli sahə üzrə 1 il iş təcrübəsi
MS Office proqramlarında işləmə bacarığı
Əla səviyyədə ingilis dili biliyi
SAP biliyi
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Şirkətin debitor borclarının səmərəli surətdə idarə olunmasına cavabdehlik;
Borcların hüquqi yolla geri qaytarılması üçün bütün qeyri-qənaətbəxş debitorlar barədə Hüquq şöbəsinə vaxtında məlumat verilməsinə cavabdehlik;
Kredit Komitəsi iclasının təşkili, iclas katibliyi, iclas qeydlərinin protokollaşdırılması, protokolların imzalanmış nüsxələrinin sistemdə yerləşdirilməsi və Kredit Komitəsi üzvlərinin protokollarla təmin edilməsi;
Kredit Komitəsi iclası üçün müştərilərin aylıq debitor borc göstəriciləri performansını və bu kimi digər əlaqədar məsələləri əks etdirən təqdimatların hazırlanması və nümayişi ;
Satışın İdarəolunması şöbəsi ilə əlaqədar proseslərin müvafiq prosedura uyğunluğunun monitorinqi, prosedurdan kənara çıxma hallarının izlənilməsi və hesabat təqdim edilməsi;
Satış şöbəsindən müştəri haqda təqdim edilən məlumat əsasında satış müqavilələrinin hazırlanması;
Müştərilər barədə məlumatların sistemə daxil edilməsi, dəyişdirilməsi, silinməsi və əlavə edilməsi üzrə cavabdehlik;
Məhsullara təyin olunan qiymətlərin, kredit xətlərin habelə daşınma qiymətlərinin sistemə daxil edilməsi, dəyişilməsi; qiymətlərin daşınma daxil və ya xaric olması üzrə fərqləndirmə cədvəlinə daxil edilməsi və dəyişdirilməsi üzrə cavabdehlik;
Müqavilə reyestirinin hazırlanması və imzalanmış müqavilələrin qeydiyyatın aparılması
Satışın İdarəolunması şöbəsinə aid prosedurların yenilənməsi və yayılmasında birbaşa iştirak;
Bazar araşdırması proseslərinin həyata keçirilməsində iştirak və tələb olunan müvafiq hesabatların təqdim edilməsiSənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15117
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə