Ana Səhifə
Vakansiyalar

İT risklərinin idarə edilməsi bölməsinin eksperti/bölmə rəhbəri

İT risklərinin idarə edilməsi bölməsinin eksperti/bölmə rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 30 iyun 2026

Təsvir

  • İT və kiber risk idarəetmə strategiyasını müəssisənin ümumi risk iştahı və biznes hədəfləri ilə uyğunlaşdırmaq;

  • İT risk idarəetmə çərçivəsini (ISO 27001, NIST CSF, COBIT və s.) hazırlamaq, tətbiq etmək və mütəmadi yeniləmək;

  • İdarə Heyəti və müvafiq komitələrə İT/kiber risk məruzəliyi barədə mütəmadi hesabatlar təqdim etmək;

  • Uzunmüddətli kiber dayanıqlılıq proqramını inkişaf etdirmək;

  • İT infrastrukturuna, tətbiq proqramlarına və üçüncü tərəf provayderlərinə aid risklərin sistemli qiymətləndirilməsi;

  • Nüfuz testləri və texniki audit nəticələrinin risk kontekstindən qiymətləndirilməsi;

  • İT nəzarət mühitinin effektivliyinin daimi qiymətləndirilməsi;

  • Nəzarət zəifliklərinin aradan qaldırılması üçün tədbirlər planının işlənməsi;

  • Kiber hadisələrə müdaxilə planı (Incident Response Plan) və fəlakətin bərpası planı (DRP) üzrə birgə işin aparılması;

  • Rəhbərliyə, Risklərin İdarə Edilməsi Komitəsinə və Audit Komitəsinə aylıq/rüblük İT risk hesabatlarının hazırlanması;

  • Risk göstəriciləri (KRI) panelinin qurulması və mütəmadi yenilənməsi;

  • İT, Kibertəhlükəsizlik, Daxili Audit, Hüquq departamentləri ilə sıx əməkdaşlıq qurulması.

Tələblər

  • Ali təhsil – İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Maliyyə, İqtisadiyyat və digər əlaqəli sahələr üzrə (Magistr dərəcəsi üstünlükdür);

  • İT/Kiber risk idarəetmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;

  • Kibertəhlükəsizlik çərçivələri: ISO/IEC 27001, NIST Cybersecurity Framework, CIS Controls ilə tanışlıq;

  • Risk idarəetmə metodologiyaları: FAIR, COSO ERM və s. üzrə məlumatlılıq;

  • Nüfuz testi konsepsiyaları, SIEM/SOAR həlləri üzrə bilik;

  • Məlumat mühafizəsi, IAM, PAM, DAM;

  • Mürəkkəb texniki məsələləri texniki olmayan auditoriyaya aydın şəkildə izah etmək bacarığı;

  • Strateji düşünmə qabiliyyəti və idarəetmə komandası ilə effektiv kommunikasiya qurmaq bacarığı;

  • Yüksək səviyyədə ingilis dili biliyi, rus dili biliyi üstünlükdür.

Necə Müraciət Etmək Olar

Unibank Kommersiya Bankı

Unibank Kommersiya Bankı

Finance

Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18414

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya