IT Helpdesk Specialist

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 26 may 2026

Təsvir

IT Helpdesk Specialist son istifadəçilərə (əməkdaşlara) gündəlik texniki dəstəyin göstərilməsinə, aparat və proqram təminatı ilə bağlı sorğuların qəbulu, qeydiyyatı və operativ həllinə cavabdehdir. Vəzifə ITSM (IT Service Management) prinsipləri çərçivəsində Service Level Agreement (SLA) göstəricilərinə uyğun fəaliyyət göstərməyi tələb edir.

Tələblər

Əsas vəzifə öhdəlikləri

  • Daxili istifadəçilərdən daxil olan sorğuların (incident, service request) ticket sistemi vasitəsilə qəbulu, qeydiyyatı, prioritetləşdirilməsi və izlənməsi;

  • 1-ci və 2-ci xətt (L1/L2) texniki dəstəyin göstərilməsi — telefon, e-poçt, ticket sistemi və ofisdaxili müraciətlər üzrə;

  • İş stansiyalarının (desktop, laptop), printerlərin, periferik avadanlıqların və mobil cihazların quraşdırılması, konfiqurasiyası və texniki xidməti;

  • Windows əməliyyat sistemi və Microsoft 365 (Outlook, Teams, OneDrive, SharePoint) məhsulları üzrə istifadəçi dəstəyi;

  • Active Directory üzrə istifadəçi hesablarının yaradılması, deaktivasiyası, parol bərpası, qrup üzvlüklərinin idarə edilməsi;

  • Korporativ şəbəkə (LAN/Wi-Fi), VPN və printerlərlə bağlı bazis problemlərin diaqnostikası və həlli;

  • Yeni əməkdaşlar üçün onboarding prosesi çərçivəsində iş yerinin və hesablarının hazırlanması; ayrılan əməkdaşlar üçün offboarding əməliyyatlarının icrası;

  • IT aktivlərinin inventarizasiyası və CMDB (Configuration Management Database) üzrə məlumatların aktual saxlanması;

  • Antivirus, şifrələmə və digər endpoint təhlükəsizliyi alətlərinin tətbiqinin dəstəklənməsi;

  • Mürəkkəb halların 3-cü xəttə (L3) və ya aidiyyəti komandalara eskalasiyası;

  • İstifadəçilər üçün təlimat və bilik bazası (Knowledge Base) materiallarının hazırlanmasında iştirak;

  • Görülmüş işlər və həll yolları üzrə sənədləşdirmənin aparılması.

Tələblər

Təhsil

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Telekommunikasiya və ya əlaqəli sahələr üzrə üstünlük verilir).

İş təcrübəsi

  • Müvafiq sahədə minimum 1–2 il təcrübə

Texniki biliklər

  • Windows 10/11 əməliyyat sistemləri üzrə inteqrasiya səviyyəsində biliklər;

  • Microsoft 365 və Exchange Online ilə işləmə təcrübəsi;

  • Active Directory, Group Policy üzrə bazis biliklər;

  • TCP/IP, DNS, DHCP, VPN üzrə şəbəkə anlayışları;

  • Aparat təminatının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;

  • Ticketing sistemləri üzrə təcrübə;

Dil bilikləri

  • Azərbaycan dili — sərbəst;

  • İngilis dili — texniki sənədlərlə işləmək üçün kifayət edən səviyyə

Şəxsi keyfiyyətlər

  • Yüksək məsuliyyət hissi və işə nizamlı yanaşma;

  • Effektiv ünsiyyət və müştəri yönümlü xidmət yanaşması;

  • Stress şəraitində və paralel sorğularla işləmə qabiliyyəti;

  • Komandada və müstəqil işləmə bacarığı;

  • Analitik düşüncə və problem həll etmə bacarığı;

  • Öyrənməyə açıqlıq və özünüinkişafa istiqamətlənmə.

Necə Müraciət Etmək Olar

Yalama Agropark LLC

Yalama Agropark LLC

Manufacturing

Yalama Agropark LLC Azərbaycanda fəaliyyət göstərən müasir aqrar-sənaye müəssisəsidir və əsasən istixana kompleksləri, tərəvəz istehsalı və aqro-emal istiqamətində ixtisaslaşıb. Şirkət kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etməyi və keyfiyyətli məhsulları həm daxili, həm də ixrac bazarına təqdim etməyi hədəfləyir. Yalama Agropark fəaliyyətində damcılı suvarma sistemləri, iqlimə nəzarət texnologiyaları və müasir aqrotexniki yanaşmalar tətbiq edir. Şirkət regionun aqrar potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verən iri kənd təsərrüfatı layihələrindən biri kimi qiymətləndirilir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17469

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Zootexnik

Tam Ştat

Heyvanların düzgün bəslənməsi və yemlənməsi prosesinə nəzarət etmək Yem paylayan maşının iş qrafikinə, yemlərin düzgün paylanması və düzgün hazırlanmasına nəzarət etmək Ot anbarı və silos quyularına gündəlik nəzarət etmək, qəbul olunan ot və silosun keyfiyyətinə nəzarət etmək Təyin olunmuş heyvanların qruplaşmasını həyata keçirmək Gündəlik yem rasionunu qrupda olan heyvanlara uyğun olaraq hazırlamaq, yemin keyfiyyətinə və strukturuna nəzarət etmək Yem və sürü məlumatlarını toplamaq və hesabat şəklində rəhbərliyə təqdim etmək Gündəlik olaraq işçi heyyətinin vəzifə təlimatlarına uyğun hərəkət qrafikini nəzarətdə saxlamaq Heyvan satışına nəzarət etmək Baytarlıq şöbəsi ilə əlaqəli şəkildə işləmək, onlardan alınan hesabatlar əsasında işi təşkil etmək və həmin işləri rəhbərliyə hesabat şəklində təqdim etmək Sürünün sağlam , düzgün idarə olunmasını təşkil etmək Tövlədaxili avadanlıqların və qurğuların sazlığına müntəzəm əmin olmaq və texniki qulluğunu təşkil edilməsini nəzarətdə saxlamaq Daimi olaraq zootexniki hesabatlar hazırlamaq və yeniliklər barədə rəhbərliyə təqdimatların verilməsi. Tabeçiliyində olan işçi heyətinin davamiyyətinin nəzarətə saxlanmaq Yemləmə proqramı (digitale-generale) əsasında gündəlik yemləməni təşkil etmək, proqramdan alınan hesabatlar əsasında yemləmədə və qruplaşmada dəyişikliklər etmək