IT biznes analitik-Təcrübəçi
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Biznes tələblərinin toplanması və ilkin təhlilində iştirak etmək;
Tələblərin strukturlaşdırılmış formada sənədləşdirilməsinə dəstək vermək (user story, acceptance criteria və s.);
Mövcud biznes proseslərin araşdırılması və proses xəritələrinin (process mapping) hazırlanmasında iştirak etmək;
İnkişaf komandası ilə birgə işləyərək tələblərin düzgün anlaşılmasını təmin etmək;
Sistem dəyişikliklərinin və yeni funksionallıqların test (UAT) prosesinə dəstək göstərmək;
Layihə sənədlərinin hazırlanması və yenilənməsində iştirak etmək;
Jira, Confluence və digər alətlərdə tapşırıqların idarə edilməsinə dəstək vermək.
Tələblər
Təhsil
İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə - son kurs tələbəsi və ya yeni məzun (0–1 il);
Texniki və analitik baza
Analitik düşüncə və problem həll etmə bacarığı;
Tələblərin strukturlaşdırılması və yazılı şəkildə ifadə edilməsi bacarığı;
SDLC (Software Development Life Cycle) haqqında ilkin anlayış;
Functional və non-functional tələblər barədə baza bilik;
API əsasları (REST, HTTP metodları, JSON) haqqında ilkin bilik;
SQL və verilənlər bazası anlayışları üzrə baza səviyyə.
Üstünlük təşkil edən biliklər
BPMN/UML və ya proses modelləşdirmə alətləri (Draw.io, Visio, Bizagi və s.);
Postman və ya Swagger ilə tanışlıq;
Figma ilə işləmək bacarığı;
Power BI və ya digər BI alətləri üzrə ilkin bilik;
Agile/Scrum metodologiyası haqqında anlayış;
Python və ya JavaScript üzrə başlanğıc bilik;
ECBA və ya digər BA/IT giriş sertifikatları.
Dil bilikləri
Azərbaycan dili – sərbəst;
İngilis dili – minimum Intermediate səviyyə;
Yumşaq bacarıqlar
Öyrənməyə və inkişaf etməyə yüksək motivasiya;
Detallara diqqət və məsuliyyətlilik;
Effektiv ünsiyyət bacarığı;
Komandada işləmə bacarığı;
Dəyişikliklərə çevik uyğunlaşma.
Necə Müraciət Etmək Olar
AzInTelecom MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10490
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə