İT Biznes Analitik
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 16 mart 2026
Təsvir
"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda "İT Biznes Analitik" vakansiyasını elan edir.
İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
Təhkim edilmiş layihələr və sistemlər üzrə biznes prosesləri müəyyən edir, tələbləri formalaşdırır və təhlilləri həyata keçirir.
Funksional testləri yerinə yetirir və istifadəçilərin qəbul test sınaqlarında (UAT) iştirak edir.
Yeni yaradılmış funksionallığın təlim sənədlərini hazırlayır və təlimləri keçirir.
Təhkim edilmiş layihələr və sistemlərin “SWOT” təhlilini (sistemin güclü və zəif tərəflərinin müəyyən edilməsi) aparır və nəticələrinə dair təkliflər hazırlayır.
Təhlil edilmiş layihələrin iş axınlarını hazırlayır.
Biznes bölmələri ilə proqramçı heyətin işini koordinasiya edir, biznes və texniki tələblərin kommunikasiyasını yerinə yetirir.
Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür.
Tələblər
Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə təhsil.
IT Biznes Analitik vəzifəsində ən azı 2+ il iş təcrübəsi.
Analitik bacarıqlar.
Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər arzuolunandır.
Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq.
SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə bilik arzuolunandır.
Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək.
Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlükdür
Şəxsi keyfiyyətlər:
Problemlərin həll olunmasında kreativ yanaşma.
Komandada işləmək bacarığı.
Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
Təlim və sertifikat proqramlarına dəstək.
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İT Biznes Analitik” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya Müraciət etdüyməsində qeyd olunan linkə daxil olub sayta göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8998
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor