IT Biznes analitik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
Əsas tələblər:
Ali təhsil (İT, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr).
Rəqəmsal transformasiya, biznes analitika və layihə idarəetməsi sahələrində minimum 5 il təcrübə.
TOGAF üzrə biliklər və arxitektura çərçivələri ilə iş təcrübəsi.
BPMN ilə proses xəritələndirilməsi bacarıqları.
ERP, CRM, DMS, Power BI kimi əsas biznes sistemləri ilə praktiki təcrübə.
Aİ və RPA platformaları (UIPath) üzrə bilik və layihə icra təcrübəsi.
Güclü analitik düşüncə, problem həll etmə və strukturlaşdırma bacarığı.
Effektiv kommunikasiya c-level ilə və komanda ilə işləmə bacarıqları.
İş barədə:
Şirkətin rəqəmsallaşma strategiyasına uyğun olaraq rəqəmsal transformasiya layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına rəhbərlik etmək.
Mövcud biznes proseslərinin təhlili, xəritələndirilməsi və BPMN əsasında proses dizayn edilməsi və optimallaşdırılması.
ERP, CRM, DMS və digər əsas sistemlərin tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak və inteqrasiya mərhələlərinə nəzarət.
Rəqəmsal platformalara keçid (digital platform transition) üzrə yol xəritələrinin hazırlanması, mərhələlərin idarə edilməsi və texniki komandalarla sıx əməkdaşlıq.
RPA həllərinin tətbiqi üçün uyğun proseslərin müəyyən edilməsi və avtomatlaşdırma layihələrinin idarə edilməsi.
Biznes tələblərinin toplanması, analizi və funksional spesifikasiyaların hazırlanması.
Layihələr üzrə ROI, fayda və effektivlik analizlərinin aparılması, rəhbərliyə əsaslandırılmış hesabatların təqdim olunması.
Xarici və daxili tərəfdaşlarla əməkdaşlıq edərək rəqəmsal həllərin tətbiqinə dəstək vermək.
İş vaxtının norması:
5 günlük növbəli iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Razılaşma əsasında;
Yemək şirkət tərəfindən.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İT Biznes analitik” yazmaqla göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Sirab Satış və Dağıtım MMC
Other
Sirab mineral suyu Naxçıvan Muxtar Respublikasının Sirab kəndində yerləşir və təxminən 75 il əvvəl bir tədqiqatçı tərəfindən kəşf edilib. Bu su yatağından istifadə 1950-ci illərdən başlayıb və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiqlənib. Təbii qat laylarından çıxan “Sirab” suyu 2003-cü ildə “Sirab” mineral sular zavodu ASC-yə çevrilib və hazırda Rusiya, Türkiyə, Ukrayna daxil olmaqla 20-yə yaxın ölkəyə ixrac olunur. “Sirab” sularının formalaşmasında yer qabığının dərinliklərində gedən təbii proseslər əsas rol oynayır və kəşfiyyat quyuları onun çat-damar tipli olduğunu təsdiqləyir. Gündəlik maye qəbulu sağlamlıq üçün vacib olduğu kimi, suyun təbii mineral tərkibi də xüsusi əhəmiyyət daşıyır — “Sirab” bu keyfiyyəti ilə beynəlxalq səviyyədə özünü təsdiqləyib və bir çox ölkələrdə tələbat qazanıb. Şirkət həmçinin Qarabağ FK və Azerrail Voleybol Klubunun rəsmi sponsorudur. Hər damlasında həyat var!
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8745
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500