İsti xətt üzrə növbə mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Vəzifə və Öhdəlikləri:
İsti xətt istehsal sahəsində xammalın qəbulunun texnoloji spesifikasiyalara uyğunluğuna nəzarət etmək;
Xammalın tərkibi, nisbətləri və dozalanmasının təsdiqlənmiş reseptura və istehsal planına uyğun icrasını təmin etmək;
Şıxta tərtibi prosesində istifadə olunan avadanlıqların düzgün və təhlükəsiz istismarına nəzarət etmək;
Əritmə sobasında temperatur, təzyiq, yanma rejimi və enerji sərfiyyatının texnoloji limitlər çərçivəsində saxlanılmasını təmin etmək;
Əritmə prosesində şüşə kütləsinin homogenliyinin təmin edilməsi və texnoloji kənarlaşmaların operativ aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər görmək;
Qalay vannasında şüşə lentinin formalaşma prosesinə, qalınlıq stabilliyinə, səth keyfiyyətinə və temperatur rejiminə nəzarət etmək;
Soyutma (lehr) zonasında temperatur profillərinin düzgünlüyünü, soyutma rejimlərinin texnoloji tələblərə uyğunluğunu izləmək;
İsti xətt üzrə bütün əsas texnoloji parametrlərin (temperatur, sürət, qalınlıq, axın və s.) növbə ərzində davamlı monitorinqini aparmaq;
Texnoloji göstəricilərdə baş verən kənarlaşmalar zamanı operativ qərarlar qəbul etmək və istehsal risklərinin qarşısını almaq;
Avadanlıqlarda baş verən nasazlıqların ilkin diaqnostikasını aparmaq, texniki xidmət və təmir bölməsi ilə koordinasiyalı işləmək;
İstehsalatda əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
Növbə heyətinin (operatorlar, briqadirlər və s.) işinin təşkili, tapşırıqların düzgün və vaxtında icrasını təmin etmək;
Növbə ərzində istehsal həcmi, keyfiyyət göstəriciləri, kənarlaşmalar, qəza halları və görülmüş tədbirlər üzrə ətraflı növbə hesabatlarının hazırlanması və təhvil verilməsi;
Növbələrarası məlumat ötürülməsinin düzgün və tam aparılmasını təmin etmək;
Keyfiyyətə nəzarət, istehsal planlama və texniki xidmət şöbələri ilə daimi əməkdaşlıq etmək;
İstehsalın səmərəliliyinin artırılması və itkilərin azaldılması üzrə təkliflər vermək.
Tələblər
:
Ali təhsil, Texniki sahə üzrə ali təhsil (mexanika, metallurgiya, kimya, energetika və ya oxşar sahələr)
MS office proqramı üzrə biliklər
Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
MS Office;
Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
İstehsalat mühitində, xüsusilə isti proseslər üzrə iş təcrübəsi arzuolunandır;
Texnoloji prosesləri oxuma və analiz etmə bacarığı;
Xüsusi bacarıqlar:
Komandanı idarə etmək bacarığı;
Effektiv ünsiyyət qurmaq bacarığı;
Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
Operativ qərarvermə və məsuliyyətlilik;
Problemləri həll etmə bacarığı;
Analitik və tənqidi düşünmə bacarığı;
Detallara diqqət yetirə bilmək bacarığı;
İş şəraiti:
İş yeri: Sumqayıt şəhəri;
İş qrafiki: növbəli;
Sumqayıt və 20 Yanvar dairəsindən servis;
Könüllü Tibbi sığorta;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;
Mövzü yerinə “İsti xətt üzrə növbə mühəndisi” yazıb qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
AzerFloat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9168
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə