Ana Səhifə
Vakansiyalar

İstehsalat operatoru (şüşə istehsalı)

İstehsalat operatoru (şüşə istehsalı)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 12 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

İsti xətt üzrə:

  • Şüşə əritmə sobasında mövcud temperatur və təzyiq göstəricilərinə nəzarət etmək, müşahidə nəticələrinə əsasən xammal sərfiyyatı, temperatur və təzyiq üzrə məlumatların dövri qeydiyyatını aparmaq

  • Şüşə lentinin qalay vannasında hərəkətinə, eninə və qalınlığına nəzarət etmək

  • Əritmə vannası sexində gedən proseslər üzrə müşahidələr və qeydlər aparmaq

  • Əritmə vannasında və soyutma sobasında istifadə olunan avadanlıqlara yerində vizual baxışlar keçirmək

  • İstehsalat xəttində aşkar edilən defektli şüşələrin mövcud olma səbəbini araşdırmaq

Soyuq xətt üzrə:

  • Şüşə lentinin ölçülərə uyğun olaraq avtomatik kəsilməsini təmin etmək

  • Kəsim parametrlərini (ölçü, sürət, təzyiq və s.) avadanlıqda düzgün qurmaq və nəzarətdə saxlamaq

  • Kəsilmiş şüşələrin keyfiyyətinə (çıxıntı, çat, qırıq, ölçü uyğunsuzluğu və s.) vizual nəzarət aparmaq

  • Xətdə baş verən dayanma və nasazlıqlar barədə məsul şəxslərə operativ məlumat vermək

  • Kəsim sahəsində təhlükəsizlik normalarına və daxili qaydalara ciddi riayət etmək

Tələblər

  • Orta ixtisas və ya ali texniki təhsil (kimya, mexanika, elektrotexnika, istehsalat və s.)

  • İstehsalatda minimum 3 il  iş təcrübəsi

  • İstiyə dözümlülük və fiziki işdə işləmə bacarığı

  • Texniki düşünmə qabiliyyəti

  • Məsuliyyətlilik və dəqiqlik

  • Komandada işləmək bacarığı

İş şəraiti:

  • İş qrafiki: növbəli;

  • İş saatı:  08:00 – 20:00;

  • Nahar pulu;

  • Servis;

  • Könüllü tibbi sığorta;

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “İstehsalat operatoru” yazıb göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8523

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İsti xətt üzrə növbə mühəndisi

Tam Ştat

Vəzifə və Öhdəlikləri: İsti xətt istehsal sahəsində xammalın  qəbulunun texnoloji spesifikasiyalara uyğunluğuna nəzarət etmək; Xammalın tərkibi, nisbətləri və dozalanmasının təsdiqlənmiş reseptura və istehsal planına uyğun icrasını təmin etmək; Şıxta tərtibi prosesində istifadə olunan avadanlıqların  düzgün və təhlükəsiz istismarına nəzarət etmək; Əritmə sobasında temperatur, təzyiq, yanma rejimi və enerji sərfiyyatının texnoloji limitlər çərçivəsində saxlanılmasını təmin etmək; Əritmə prosesində şüşə kütləsinin homogenliyinin təmin edilməsi və texnoloji kənarlaşmaların operativ aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər görmək; Qalay vannasında şüşə lentinin formalaşma prosesinə, qalınlıq stabilliyinə, səth keyfiyyətinə və temperatur rejiminə nəzarət etmək; Soyutma (lehr) zonasında temperatur profillərinin düzgünlüyünü, soyutma rejimlərinin texnoloji tələblərə uyğunluğunu izləmək; İsti xətt üzrə bütün əsas texnoloji parametrlərin (temperatur, sürət, qalınlıq, axın və s.) növbə ərzində davamlı monitorinqini aparmaq; Texnoloji göstəricilərdə baş verən kənarlaşmalar zamanı operativ qərarlar qəbul etmək və istehsal risklərinin qarşısını almaq; Avadanlıqlarda baş verən nasazlıqların ilkin diaqnostikasını aparmaq, texniki xidmət və təmir bölməsi ilə koordinasiyalı işləmək; İstehsalatda əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; Növbə heyətinin (operatorlar, briqadirlər və s.) işinin təşkili, tapşırıqların düzgün və vaxtında icrasını təmin etmək; Növbə ərzində istehsal həcmi, keyfiyyət göstəriciləri, kənarlaşmalar, qəza halları və görülmüş tədbirlər üzrə ətraflı növbə hesabatlarının hazırlanması və təhvil verilməsi; Növbələrarası məlumat ötürülməsinin düzgün və tam aparılmasını təmin etmək; Keyfiyyətə nəzarət, istehsal planlama və texniki xidmət şöbələri ilə daimi əməkdaşlıq etmək; İstehsalın səmərəliliyinin artırılması və itkilərin azaldılması üzrə təkliflər vermək.