İstehsalat üzrə Sex Rəisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
İstehsal tapşırıqlarının yerinə-yetirilməsi, yüksək keyfiyyətli ahəngdar məhsul istehsalının, əsas və dövriyyə vəsaitələrindən effektiv istifadəsinin təmini;
İstehsalın mənimsənilməsi, istehsal proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsinin təşkili, zay məhsul haqqında xəbərdarlıq və məmulatın keyfiyyətinin yüksəldilməsi, bütün növ resurslara qənaət, əməyin təşkilinin qabaqcıl formalarının tətbiqi, iş yerlərinin rasional istifadəsinin təmin və təşkili;
Cari istehsal planlaşdırması, uçotu, sexin istehsal fəaliyyəti haqqında hesabatların tərtib olunması və vaxtı-vaxtında təqdim edilməsi;
Təsərrüfatçılığın yeni formalarının tətbiqi üzrə işləri, əməyin normalaşdırılmasının yaxşılaşdırılmasını, müvafiq məhsul istehsal texnologiyası və konstruktorlaşmanın qabaqcıl yerli və xarici təcrübənin öyrənilməsi;
Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət, əməyin təhlükəsiz və sağlam təşkili;
İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət, istehsal və əmək intizamına riayət edilməsinə, daxili əmək intizamına riayət edilməsi;
Gündəlik, həftəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim edilməsi;
İstehsal prosesində yaranan texniki problemlərin müəyyənləşdirməsi və aradan qaldırması üçün tədbirlərin görülməsi.
Tələblər
Texniki və ya mühəndislik ixtisası üzrə ali təhsil
Müvafiq sahədə (istehsalat, sənaye və s.) ən azı 3–5 il iş təcrübəsi;
İdarəetmə və təşkilatçılıq bacarıqları;
Texnoloji proseslər və istehsalat avadanlıqları haqqında biliklər;
Komanda ilə işləmə və problemlərin operativ həll olunması bacarığı.
İş şəraiti:
İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Nahar və servis şirkət tərəfindən təmin edilir.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8695
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000