İstehsal Planlama Şöbə Müdiri (Xaçmaz/Qazax)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 13 aprel 2026
Təsvir
Müəssisə: Qafqaz Konserv Zavodu MMC
Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə üzrə tələblər:
Ali təhsil (İqtisadiyyat, Menecment, Maliyyə və ya əlaqəli sahələr üzrə),
Meyvə-Tərəvəz paketləmə təsislərində istehsalat, mal qəbulu, kefiyyət standartları tələbləri üzrə 3–5 il iş təcrübəsi,
MS Office proqramlarında sərbəst işləmə bacarığı, xüsusilə Excel üzrə mükəmməl bilik.,
SAP proqramında MM və SD modulları üzrə biliklər,
Bölgələrə səfərlərə hazır olmalı, əsasən Xaçmaz və Qazax bölgələrinə
Vəzifə öhdəlikləri:
Şirkətin platforma anbarlarına və mərkəzi əsas paylama anbarlarına daxil olan bütün xam və ya hazır məhsulların, meyvə -tərəvəzlərin keyfiyyətə nəzarət analizlərinin komanda tərəfindən aparılmasını və məhsul kartlarına uyğun məhsulların obyektə qəbul edilməsini təmin etmək
Məhsuldan imtina halında (qaytarma qərarı verildikdə) müvafiq geri qaytarma formasını hazırlamaq, məlumat və məhsul şəkillərini ERP sisteminə yükləməyə komandanı yönləndirmək və platformanın istehsal meneceri ilə məhsulun satınalma menecerləri arasında əlaqəni təmin etmək.
ERP sistemi vasitəsilə Satınalma və İstehsalat bölmələrinə məhsulun rədd edilməsinin səbəbləri ilə bağlı ətraflı məlumat və faiz dərəcələrini daxil edən komandanın fəaliyyətinin monitorinqi
Məhsulların qablaşdırılması, qutusuna qoyulması və paletlərin yığılması mərhələlərinin müəyyən edilmiş standarta uyğun olaraq komanda tərəfindən yoxlanılması və qeyd edilməsinin təmin edilməsi barədə göstəriş vermək
Etiket məlumatlarının, qablaşdırma materiallarının düzgünlüyünün, qutulardakı əşyaların sayının və kiloqramların yoxlanılmasının təmin edilməsi və hesabatların yoxlanılmasını təşkil etmək
Məhsul qəbul edildikdə, lakin sonradan istehsal zamanı və ya gözləyərkən keyfiyyət problemi ilə qarşılaşarsa, istehsalı dayandırmaq və məhsulun yenidən seçilməsi və ya birbaşa qaytarılması ilə bağlı müvafiq bölmələrlə birgə qərar qəbul etmək
Hazırkı prosesə uyğun olaraq qablaşdırma və soyuducu anbarların temperatur və rütubət şəraitinə nəzarət etmək üçün istehsalat rəhbərinə rəhbərlik etmək
Proses parametrlərinin standartlar daxilində olub-olmamasının yoxlanılması. Müvafiq keyfiyyətli personalın fəaliyyətinin monitorinqi və zəruri rotasiyaların planlaşdırılması
İstehsalın planlaşdırılması səmərəliliyinin təhlili və xərclərin azaldılması üzrə fəaliyyətlərin tədqiqi və nümunə sınaqlarının keçirilməsini tətbiq etmək
İş şərtləri:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
Nahar: Şirkət tərəfindən təmin olunur
Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İstehsal planlama şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11088
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+