İstedadların cəlb edilməsi üzrə mütəxəssis (Bakı/Region)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Region filiallarının İnsan Resursları nümayəndələri ilə sıx əməkdaşlıq edərək işə qəbul prosesini koordinasiya etmək;
Regionlar üzrə cari və gələcək işçi ehtiyacını təhlil etmək, planlamada aktiv iştirak etmək;
İşçi ehtiyacını qarşılamaq üçün işə qəbul strategiyalarını hazırlamaq və tətbiqinə dəstək vermək;
Kritik vəzifələr üzrə namizəd bazasını formalaşdırmaq, daim aktual saxlamaq (talent pool);
Uyğun namizədlərin cəlb edilməsi üçün effektiv axtarış və cəlbetmə üsulları hazırlamaq və tətbiq etmək;
Regionlarda işə qəbul prosesini aktiv nəzarətdə saxlayaraq mərhələ-mərhələ izləmək və nəticələri təmin etmək;
Regionlarda istifadə olunan işəgötürmə kanallarını optimallaşdırmaq, səmərəliliyi artırmaq;
Regionlarda ali və peşə-ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq qurmaq, karyera təşəbbüslərində iştirak etmək;
Elanların hazırlanması və təsdiqi, namizədlərin axtarışı, ilkin yoxlanışı (screening) və seçimi proseslərində iştirak etmək;
Namizədin müraciətdən işə qəbuladək bütün təcrübəsini idarə etmək (candidate experience);
Çıxış müsahibələrini təşkil etmək, nəticələri təhlil edib müvafiq tövsiyələr hazırlamaq;
İstiqamət üzrə aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
İşə qəbul proseslərini mövcud qanunvericilik və şirkətin daxili prosedurlarına uyğun icra etmək.
Tələblər
Ali təhsil (İnsan Resursları İdarəçiliyi, Biznesin idarə edilməsi, Menecment, Psixologiya, Sosiologiya, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
İşə qəbul/talent acquisition sahəsində minimum 2 il təcrübə;
Sahə üzrə sertifikatların olması arzuolunandır;
Azərbaycan dili – səlis (şifahi və yazılı), rus və ingilis dilləri arzuolunandır;
Sosial media kanalları və ATS proqramları ilə iş təcrübəsi;
Regionlara ezamiyyətlərə açıq olmaq.
Biz nə təklif edirik?
Şirkət tərəfindən könüllü tibbi sığorta;
Stabil iş qrafiki: B.e – C. (09:30–18:30);
Rahat ofis mühiti: Bakı, Qafqaz Business Center;
Peşəkar komanda ilə inkişaf və karyera imkanları.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9463
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+