İstedadların cəlb edilməsi üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
Vəzifə təsviri
İşə qəbul proseslərini mövcud qanunvericiliyə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirmək
ATS (Glorri) platformasında vakansiyaların yerləşdirilməsi və idarə olunmasını təmin etmək
Vakansiya tələblərinə uyğun namizədlərin CV-lərini ilkin mərhələdə qiymətləndirmək
İlkin müsahibələrin və işə qəbul imtahanlarının təşkili və keçirilməsində iştirak etmək
Kritik vəzifələr üzrə namizəd bazasının formalaşdırılması və mütəmadi yenilənməsini təmin etmək
Yeni işə qəbul olunan əməkdaşlar üçün adaptasiya və SƏTƏM təlimlərinin planlaşdırılmasına dəstək göstərmək
Əmək yarmarkalarında və digər İşəgötürən brendinin inkişafı tədbirlərində iştirak etmək
İşə qəbul prosesinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər
İnsan resursları, idarəetmə, psixologiya və ya əlaqədar sahə üzrə ali təhsil
İşə qəbul sahəsində ən az 2 il iş təcrübəsi
ATS sistemləri ilə işləmə təcrübəsi
MS Office proqramları ilə işləmə bacarığı
Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili – yaxşı (İngilis dili üstünlükdür)
HR sahəsi üzrə beynəlxalq sertifikatların (SHRM-CP/SCP, PHR, SPHR və s.) olması üstünlükdür
Güclü kommunikasiya və təqdimat bacarıqları
Analitik düşünmə və problem həll etmə bacarığı
Komanda ilə effektiv əməkdaşlıq və təşəbbüskarlıq
Necə Müraciət Etmək Olar
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Other
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10877
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500