İşə qəbul və təlim bölmə müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 16 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
İşə Qəbul Bölməsinin gündəlik fəaliyyətini idarə etmək, komandanın işini planlamaq və performansını qiymətləndirmək.
Vakansiyaların zamanında bağlanmasına və uyğun namizədlərin şəffaf şəkildə dəyərləndirilməsinə nəzarət etmək;
Şirkətin işə qəbul siyasətinə riayət edilməsinə nəzarət etmək; işə qəbul siyasətinin və strateqiyasının təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək.
Vəzifələrin spesifikliyini nəzərə alaraq vəzifələr üçün meyarların, işə qəbul funksiyasını yaratmaq və bu prosesə nəzarət etmək;
Yeni işə qəbul edilmiş şəxslər üçün orientasiya prosesinin icrasına nəzarət etmək və təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;
Şöbənin fəaliyyət istiqaməti ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək;
Tabeçiliyindəki əməkdaşların performanslarını dəyərləndirmək,karyera yüksəlişləri üçün fəaliyyətlər icra etmək,onların fərdi inkişaf planlarını hazırlamaq,həmçinin bilik və təcrübələrini inkişaf etdirmək üçün tədbirlər həyata keçirmək;
Bölmənin fəaliyyət istiqaməti ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək;
Şirkətdə mövcud vakansiyalar üzrə müvafiq namizədlərin ehtiyat bazasını yaratmaq və yeniləmək;
Təlim Planına əsasən İllik Təlim Büdcəsini müəyyən etmək və səmərəli şəkildə idarə etmək;
İşçilərin təlimlərə cəlb edilməsi və təlimlərdə iştiraklarının təmin edilməsi məqsədi ilə güclü komunikasiya strategiyası qurmaq;
Şirkətin Öyrənmə və İnkişaf Siyasətinə əsasən təlim və inkişaf prosesinin təşkil edilməsini təmin etmək;
Təşkilati, funksional və fərdi səviyyədə təlim ehtiyyaclarını analiz etmək və İllik Təlim Planını tərtib etmək;
Tələblər
Ali təhsil (idarəetmə, iqtisadiyyat, İR və ya uyğun sahə üzrə üstünlükdür)
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
Dil biliklər: Rus və ya ingilis dili arzuolunandır
Liderlik və motivasiyaetmə bacarığı
Yüksək ünsiyyət və təqdimat qabiliyyəti
Retail sahəsində təcrübə üstünlükdür
MS Office yaxşı səviyyədə bilmək
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İşə qəbul və təlim bölmə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Veysəloğlu-Rossmann
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17415
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə