SƏTƏM üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə sənədləri hazırlamaq, qeydiyyatı və aidiyyəti üzrə paylanmasını təşkil etmək;
Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına nəzarət etmək;
Anbar və digər obyektlər üzrə SƏTƏM sənədləşməsini aparmaq və nəzarətdə saxlamaq;
Qəza və insidentləri araşdırmaq, müvafiq hesabatları hazırlamaq;
Obyektlər üçün tələb olunan SƏTƏM blanklarını və materiallarını sifarış etmək;
Ofis və obyektlərdə ilkin yoxlamaları aparmaq və nəticələri sənədləşdirmək;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
SƏTƏM rəhbərinə hesabat, arayış və məlumatları hazırlamaq və təqdim etmək;
Yeni işçilərə əməyin mühafizəsi və SƏTƏM üzrə təlimlər keçmək.
Tələblər
Ali təhsil (Əməyin mühafizəsi və ya texniki sahə üzrə ali təhsil)
Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
MS Office (Word, Excel, Outlook) biliyi;
Sahə üzrə sertifikatların olması arzuolunandır.
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SƏTƏM üzrə kiçik mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Veysəloğlu-Rossmann
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15283
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə