Biznesə nəzarət şöbə müdiri
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri
Şirkətin maliyyə nəzarəti funksiyasını idarə etmək, maliyyə direktoruna mütəmadi və dəqiq idarəetmə hesabatları təqdim etmək.
Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
Satış, marja, əməliyyat xərcləri, inventar, itkilər, məhsul kateqoriyaları və digər əsas maliyyə göstəriciləri üzrə təhlillər hazırlamaq və rəhbərliyə təqdim etmək.
Şirkətdə tətbiq olunan biznes proseslərinin və prosedurlarının yazılması, təhlili, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək.
Maliyyə, satınalma, anbar, satış, ödəniş, təsdiq, xərc idarəetməsi və digər əlaqəli proseslər üzrə mövcud iş axınlarını analiz etmək, riskləri və nəzarət boşluqlarını müəyyən etmək.
Proseslərə nəzarət funksiyasını həyata keçirmək, təsdiq olunmuş prosedur və daxili qaydalara əməl olunmasına nəzarət etmək, uyğunsuzluqlar üzrə hesabat və tövsiyələr hazırlamaq.
Daxili nəzarət mexanizmlərinin qurulmasında və gücləndirilməsində iştirak etmək, maliyyə və əməliyyat risklərinin azaldılması üçün nəzarət tədbirləri hazırlamaq.
Maliyyə əməliyyatlarının, sənədləşmənin və hesabatlılığın şirkət siyasətləri, daxili prosedurlar və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək.
Maliyyə dövrünün ERP sistemi üzərindən bağlanmasını koordinasiya etmək, bağlanış qrafikinə uyğun olaraq bütün maliyyə məlumatlarının vaxtında, tam və düzgün şəkildə sistemə daxil edilməsini və yekunlaşdırılmasını təmin etmək.
ERP sistemində aparılan maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət etmək, hesabların uzlaşdırılmasını, bağlanış qeydlərini və dövr sonu düzəlişlərini koordinasiya etmək.
ERP üzərində maliyyə hesabatlılığı, xərc mərkəzləri, büdcə nəzarəti və analitik hesabatların keyfiyyətinin artırılması üçün təkliflər vermək və inkişaf təşəbbüslərində iştirak etmək.
Balans hesablarının, gəlir və xərc maddələrinin, ehtiyatların, kreditor və debitor borclarının mütəmadi təhlilini və uzlaşdırılmasını təmin etmək.
Audit proseslərində iştirak etmək, daxili və xarici auditorlara tələb olunan məlumat və izahların vaxtında təqdim olunmasını təmin etmək.
Vergi, mühasibatlıq və digər aidiyyəti funksiyalarla koordinasiyalı işləyərək maliyyə məlumatlarının vahid və düzgün olmasını təmin etmək.
Şöbə əməkdaşlarının işini planlamaq, tapşırıqları bölüşdürmək, icraya nəzarət etmək, komandanın peşəkar inkişafını dəstəkləmək və performansın artırılmasına yönəlmiş tədbirlər görmək.
Yeni nəzarət alətləri, hesabat formatları və analitik yanaşmalar tətbiq etməklə maliyyə idarəetməsinin səmərəliliyini artırmaq.
Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.
Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.
Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə nəzarəti və biznes proseslərin davamlı təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.
Tələblər
Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.
Qərarvermə və problemləri həll etmə bacarığı
Vaxtın və resursların effektiv idarə etmə bacarığı
Strateji düşünmə və planlaşdırma bacarığı
Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
MS Excel üzrə yaxşı səviyyə
Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları
Digər məlumatlar:
Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
Yanacaq kartı
Nahar ilə təminat
Könüllü tibbi sığorta paketi
Korporativ mobil nömrə və aylıq danışıq limiti
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Necə Müraciət Etmək Olar
Veysəloğlu-Rossmann
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15980
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor