İşə Qəbul üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
İşə Qəbul üzrə Mütəxəssis – pərakəndə satış və ofis vəzifələri üçün işə qəbul prosesinin tam idarə olunmasına cavabdehdir. Bu rola namizədlərin axtarışı və ilkin qiymətləndirilməsi, struktur rəhbərləri ilə koordinasiya, ERP sistemində sənədləşmə, kütləvi işə qəbul layihələri və işə qəbul tədbirlərində iştirak daxildir.
Vəzifə öhdəlikləri:
Namizəd axtarışı və müsahibələrin keçirilməsi
İş elanlarının hazırlanması və paylaşılmasına dəstək
Aktiv namizəd axtarışı (platformalar, tövsiyələr, sosial media)
İlkin CV seçimi və müsahibəyə çağırılacaq namizədlərin müəyyənləşdirilməsi
İlkin müsahibələrin keçirilməsi və nəticələrin sənədləşdirilməsi
Müsahibələrin planlaşdırılması və koordinasiya
Struktur rəhbərləri ilə müsahibələrin təşkil olunması
Namizədlərə təsdiqlərin göndərilməsi
Namizədlərlə yazışmaların və zənglərin təşkili
ERP sistemində namizədlərin statusunun yenilənməsi
Proseslərin və layihələrin idarə olunması
ERP sistemində vakansiyalara nəzarət və yenilənmə
Şirkətlər qrupu daxilində transferlərin idarə olunması
Mövsümi və kütləvi işə qəbul layihələrinin təşkili və icrasında iştirak
Təcrübə proqramları və Karyera sərgilərində iştirak
Sınaq müddətlərinin izlənilməsi və Təlimlərin təşkili
Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərini planlaşdırılmaq, təşkil etmək, həyata keçirmək və ERP sistemi üzərzində qeydiyyatını aparmaq.
Yeni əməkdaşların sınaq müddəti ərzində fəaliyyətinin izlənilməsi, struktur rəhbərləri ilə koordinasiyada qiymətləndirmə rəylərinin toplanmaq və təhlil etmək.
Sınaq müddətinin nəticələrinə əsasən əməkdaşın işə davamı, sınaq müddətinin uzadılması və ya əmək münasibətlərinin davam etdirilməməsi ilə bağlı prosesin tamamlamaq.
Analitika və hesabatlılıq
İşə qəbul göstəricilərinin izlənməsi və hesabatların hazırlanması
Namizəd mənbələrinin effektivliyinin qiymətləndirilməsi
İşə başlama müddətləri və keyfiyyət metrikləri üzrə hesabatlılıq
Karyera səhifələrinin idarə edilməsi
Sosial media üzərində Sinteks Karyera səhifələrinin dəstəklənməsi
Vizual və mətn kontentinin HR komandası ilə birlikdə hazırlanması
Məsuliyyətində olan bölmələr:
İşə Qəbul Prosesləri
Namizəd Axtarışı və Müsahibələr
ERP və Sənədləşmə
Layihələr və Tədbirlər
Hesabatlılıq və Analitika
Professional biliklər:
Rus və İngilis dillərində orta səviyyəli bilik
MS Office proqramlarında sərbəst işləmək bacarığı
ERP sistemləri ilə işləmə bacarığı (üstünlükdür)
Təhsil:
Ali təhsil (Biznesin idarə edilməsi, İnsan resurslarının idarə olunması üzrə üstünlükdür)
İş təcrübəsi:
İşə Qəbul və ya HR sahəsində 1-3 il iş təcrübəsi (təcrübə proqramları nəzərə alınır)
Professional bacarıq və səriştələr:
Müsahibə aparmaq bacarığı
Tədqiqat və araşdırma bacarığı
Yazılı və şifahi ünsiyyət bacarıqları
Diqqətlilik, nəticəyə fokus və zamanın idarə edilməsi
Analitik düşüncə və hesabat hazırlamaq bacarığı
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8744
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+